İstanbulda bomba partladan qadının ilk ifadəsi - “Hacı” camaatı görüb “partlat” dedi”

İstanbulda bomba partladan qadının ilk ifadəsi - “Hacı” camaatı görüb “partlat” dedi”

Hazırda oxunan: İstanbulda bomba partladan qadının ilk ifadəsi - “Hacı” camaatı görüb “partlat” dedi”

104843

İstanbulun İstiqlal küçəsinə bomba atan suriyalı qadın Əhlam Əlbəşir ilk ifadəsində deyib ki, bomba qoymaq təlimatını “Hacı” kod adlı terrorçu verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “hurriyet.com.tr” saytında yer alıb.

“Mən skamyada oturarkən başqa bir örgüt (terror təşkilatı) üzvü şəklimi çəkdi. Suriyadakı “Hacı”ya göndərdi. O, camaatı görüb “Partlat” əmrini verdi. Skamyadan qalxıb bombanı partlatdım” deyə o, qeyd edib.

İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi terror aktından sonra bəlli olub ki, bombanı PKK/YPG-nin göstərişi ilə Suriyanın Hələb şəhərində anadan olan Əhlam Əlbəşir partladıb.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda terroristin hadisə yerinə bomba qoyduğu GÖRÜNTÜLƏRİ YAYILDI 


O, Türkiyəyə “Hacı” kod adlı terrorçu tərəfindən göndərilib. Qadın 2 ay Menbicdə qaldıqdan sonra Afrin-İdlib üzərindən Türkiyəyə keçib.

Əlbəşir İstanbuldakı terrora yardım edənlərdən birinin “Hüsam” kod adlı PKK üzvü olduğunu etiraf edib. Partlayışdan sonra qaçan terrorçu Azezdə Türkiyə təhlükəsizlik qüvvələrinin əməliyyatı ilə yaxalanıb. Saxlanılanların sayı 51-ə yüksəlib.

Əhlam Əlbəşirin qaçarkən əlində görünən qırmızı qızılgülün sirri də kamera görüntüləri əsasında açılıb. Məlum olub ki, o, bomba ilə skamyada gözləyərkən yanına gül satıcısı gəlib. Əvvəlcə gül almağı qəbul etməyib, ancaq satıcının təkidi ilə tələsik qızılgülü alıb. Əlbəşir qaçarkən diqqəti cəlb etməmək üçün gülü əlindən buraxmayıb. Taksimdə taksiyə minərək Esenlərə gedənədək gül onun əlində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO