Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

Hazırda oxunan: Ukrayna ordusu Çeçenistandan olan xüsusi təyinatlıları məhv edib

101232

Ukraynanın Luqansk vilayətinin Novoivanovka yaşayış məntəqəsinə nöqtəvari artilleriya zərbələri nəticəsində Çeçenistandan olan xüsusi təyinatlıların sursat anbarı və 10-dan çox döyüşçüsü məhv edilib. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb. 

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri vilayətin Svatovo yaşayış məntəqəsində 10-dək Rusiya hərbçisini və döyüş komplekti ilə yüklənmiş 5 avtomobili məhv edib. 

Məlumata görə, son sutkada Rusiya Ukraynanın yaşayış məntəqələrinə 5 raket, 30 aviasiya zərbəsi, reaktiv yaylım atəşi sistemindən yüzdən artıq atəş açılıb. Qırxdan çox yaşayış məntəqəsi, o cümlədən Dnepr şəhəri və Dnepropetrovsk vilayəti, Xarkov vilayətinin Prikolotnoye şəhəri, Xerson vilayətinin Bolşaya Aleksandrovka şəhərləri hava hücumuna məruz qalıb. 
Bildirilib ki, Ukrayna müdafiəçiləri son sutkada Rusiyanın 3 “Ka-52” zərbə helikopterini sıradan çıxarıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO