Dünya çempionatlarında ən çox iştirak etmiş FUTBOLÇULAR

Hazırda oxunan: Dünya çempionatlarında ən çox iştirak etmiş FUTBOLÇULAR

100236

Dünya çempionatlarının final mərhələlərində indiyədək ən çox iştirak etmiş futbolçular bəlli olub.

Bizim.Media Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 3 oyunçu 5 mundialda forma geyinib.

Meksikalı Antonio Karbahal, onun həmyerlisi Rafael Markes və almaniyalı Lotar Matteus ilk "3-lük"də qərarlaşıb.

Hazırda "Parma"da çıxış edən Canluici Buffon 5 yarışda heyətdə olsa da, yalnız 4-də meydana çıxıb. 44 yaşlı qolkiper DÇ-1998-də forma geyinməyib.

Siyahıda karyerasını davam etdirən meksikalı Andres Quardado, argentinalı Lionel Messi, ispaniyalı Serxio Ramos və portuqaliyalı Kriştianu Ronaldu da var. Hər 4 oyunçu 4 dəfə mundialda meydana çıxıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO