
- A-
- A
- A+
Qarabağ
13:28 / 23.02.2023
1 dəq oxunma
XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır
Hazırda oxunan: XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır
602792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Prezident İlham Əliyev tərəfindən Münhen Təhlükəsizlik Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə Üçtərəfli Bəyanatın məqsəd və məramlarına uyğun olaraq təmin edilməsi barədə təklif irəli sürülüb”.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
“İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və Ermənistan tərəfindən son iki ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Hesab edirik ki, Ermənistan yenə Üçtərəfli Bəyanata zidd olaraq yoldan qanunsuz şəkildə istifadədə maraqlıdır”, - nazir müavini qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





























































































