Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq - FOTO

Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq - FOTO

Hazırda oxunan: Ağdamın işğaldan azad edilmiş ərazilərinə ilk köç 2025-ci ildə olacaq - FOTO

599722
“İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur”.
 
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.
 
 
O, bu barədə Şəhərsalma Məsələləri üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında danışıb.
 
İclasdan sonra işçi qrupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.
 
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO