ATV əməkdaşlarını döyən restoran sahibi baş verənlərlə bağlı açıqlama verib.
ATV telekanalının "Yoxlama”x9d layihəsinin əməkdaşlarının qalmaqal yaratdiği Bakı-Şamaxı yolunun 123-cü kilometrliyindəki "Şamaxı”x9d restoranın sahibi Hüseyn Allahverdiyevlə olan müsahibəni sizə təqdim edirik.
ATV telekanalının "Yoxlama”x9d verlişinin gəlib sizin restoranda çəkiliş aparması, və orada baş verənlər necə oldu?
Ani gəlib girdilər içəri dedilər ki, biz çəkiliş aparmağa gəlmişik. İşçilərimizi çıxartdılar bayıra. Məndə gəldim gördüm ki, hərənin əlində bir videokamera çəkiliş aparırlar. Soruşdum ay qardaş siz kimsiz, hardan gəlmisiz nəçisiz? Məni heç saymadılar, onlardan biri əlinən məni itələdir yıxıldım yerə. Restoranda çörək yeyənlərdən biri gəldi məni qaldırdı ayaq üstə. Gördülər mən yıxılmışam qaçıb çıxdılar bayır öz maşınlarının yanına. İndi gediblər maşınlarının yanında durublar çıxıb getmirlər. Məndə onlara dedim ki, siz mənimlə davaqırğına gəlmisiz oturun maşınınıza çıxın gedində burdan.
Onlar Şamaxı restoranına çəkilişə gələndə ATV telekanalının rəhbərinin ezamiyyət vərəqəsini sizə təqdim etmişdilər?
Heç bir kağız göstərmədilər, qəflətən gəlib girdilər içəri. Heç bir söz demədən başladılar çəkilişə. Mən restoranın sahibiyəm, həmdə ağsaqqal adamam soruşuram bala nə lazımdı, siz kimsiz, nəçisiz mənə heç bir cavab vermədilər. Başladılar telefonla şəkil, kamera ilə vido çəkməyə. Elə bil basqın edirlər vəhşi kimi daxil oldular içəri.
Hüquq mühafizə orqanlarına siz müraciət etdiniz, yoxsa onlar?
Mən də müraciət etmişəm onlar da.
ATV-nin əməkdaşları iddia edirlər ki, onların çəkiliş avadanlığlarını sindırmısız, maşınlarına ziyan vurmusuz, bunlar olub?
Aparatlar onların əlində olub bizdə olmuyub ki, onun sınıb sınmadığını bilək. Bəlkə özləri sındırıblar bizim boynumuza atırlar. Əgər aparatlarını sındırmışdıqsa, axşam göstərdiklərini necə çəkiblər?
Onlar iddia edirdilər ki, "Şamaxı”x9d restoranın mətbəxinə girəndə divarda böcək görüblər, antisanitariyanın olduğu bildirilir?
Sizdən xahiş edirəm, əlinizdə nə çəkiliş aparatınız var, götürün. Gəlin, haranı necə istəyirsiz, çəkin. Əgər bir nöqsan olsa, nə istəsəniz, deyin mənə. Qurana əl basaram ki, bizim restoranda heç bir böcək filan olmuyub. "Şamaxı”x9d restoranı yol kənarındadır, müştərilərin sıx olduğu bir yerdir. Hamı da bura gələndə razılıqla gedir. Əgər onlar çəkiliş aparmaq istəyirdilərsə, qabaqcadan məndən icazə alardılar, deyərdilər ki, ay ağsaqqal, biz gəlmişik filan yerdən çəkiliş aparmağımıza icazə verin. Əgər icazəsiz girirdilərsə də, 1 nəfər girərdi çəkilş aparadı. Partizanlar kimi 6 nəfərin hamısı giriblər içəri. Bu hüququ onlara kim verib? Restoran sahibləri deyirlər ki, onlar özlərinən kibrit qutusunda tarakanlar, böcəklər gətirirlər, buraxırlar restoranın mətbəxtinə. Bizdə isə işçilərimiz onlara o imkanı verməmişdilər ki, özlərinə gətirdikləri o həşaratları buraxsınlar orada. Şamaxıda sayılıb seçilən restoranlardandır bura. Bütün bu həngamələri onlar özləri qəsdən elədilər.
İşçilərinizi niyə çıxartdılar bayıra?
Bilmirəm, onlar cavab versinlər ki, niyə bizim işçilərimizi bayıra çıxardıblar.
Prezidentin sərəncamı var, sahibkarların fəaliyyətinə maneçilik törətmək olmaz. Bununla bağlı ölkə başçısına rəsmi müraciət edərsiniz?
Mənim savadım o qədərdə yoxdur. Şamaxıda "Cümə”x9d məscidin qabağında 3 mərtəbəli unvermağımı, oğlanlarımın bir neçə dükanını sökdülər heç nə edə bilmədim. Mənim o qədər savadım yoxdur ki, Prezidentə yazım, dərdimi kiməsə deyim.
Yalnız sizin restorana gəlmişdilər çəkiliş aparmağa, yoxsa başqa obyektlərdə də yoxlamalar aparıblar?
Şamaxıda yalnız bizdə olublar. Mənim restoranım yolun kənarındadı Bakı-Şamaxı yolunun 123-cü kilometrliyindədir.(Gununsesi.info)




































































































