“Partiyaların ianələrlə bağlı MSK-ya məlumat verməsi absurddur”x9d

“Partiyaların ianələrlə bağlı MSK-ya məlumat verməsi absurddur”x9d

Hazırda oxunan: “Partiyaların ianələrlə bağlı MSK-ya məlumat verməsi absurddur”x9d

124809

Sərdar Cəlaloğlu: “Hakimiyyət müxalif partiyaların maliyyə mənbələrini aşkarlamağa və qapatmağa çalışır”x9d

 

Aldıqları ianələrin məbləği və mənbəyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verməyən siyasi partiyaların cəzalandırılması təklif olunur. Məlum məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulur.

Qeyd edək ki, Məcəllənin hazırda qüvvədə olan 247-4-cü (İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi) maddəsinə təklif edilən dəyişikliyə görə, siyasi partiya tərəfindən qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına daxil edilmədiyi halda qeyd olunan maddədə göstərilən cərimələr bu hala da şamil ediləcək.

 Maddə 247-4-un cəriməsi isə, vəzifəli şəxslər üçün 1 500 manatdan 3 000 manata qədər, hüquqi şəxslər üçün isə 5 000 manatdan 8 000 manata qədərdir.

 Layihə Mili Məclisin bu günkü toplantısında müzakirəyə çıxarılacaq. 

Moderator.az  olaraq ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə  təklif edilən məlum dəyişikliyi şərh etməyə, ölkə gündəmini məşğul edən digər məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

-Sərdar bəy, təklif edilən dəyişikliyə görə bundan sonra aldığı ianələr haqqında MSK-ya məlumat verməyən partiyaların cəzalandırılması nəzərdə tutulur. Bu dəyişikliyi normal hesab edirsinizmi?

 

-Bilirsiniz ki, partiyaların maliyyələşməsi partiyaların siyasi işi ilə birbaşa bağlıdır. Rəqabət şəraitində də hər bir adam öz potensial imkanlarını gizlətməlidir. Ona görə də əvvəlki qanunda da nəzərdə tutulmuşdu ki, partiyaların maliyyə fəaliyyəti ilə bağlı maliyyə hesabatı yalnız maliyyə strukturlarına verilməldiir. MSK nəzəri olaraq müxtəlif siyasi partiyaların seçki kampaniyasına rəhbərlik edən bir qurumdur. Bizim MSK-yə maliyyə hesabatı verməyimiz nə dərəcədə doğrudur? MSK Maliyyə Nazirliyinin bir strukturudur? MSK-nın bu məsələdə konstitusiya və Azərbaycan qanunları ilə nə kimi hüququ var? Onun maliyyə vəziyyətini yoxlamaq imkanı nə dərəcədədir? Biz sadəcə olaraq, seçkilərdəki maliyyə xərcləri ilə bağlı məlumat verə bilərik. Seçki kampaniyasına nə qədər pul sərf etmişiksə, onunla bağlı hesabat verə bilərik. Çünki MSK bütün məsələlərə seçki ilə bağlı nəzarət edir. Lakin bütünlükdə partiyaların fəaliyyətinin maliyyələşməsi ilə bağlı məsələdə MSK-ya hesabat vermək ölkədəki maliyyə sisteminin, maliyyə rejiminin pozulması deməkdir. Əgər ölkədə hamıya maliyyə məsələsində Maliyyə Nazirliyi nəzarət edirsə, onda niyə görə partiyalara MSK nəzarət etməlidir? Onda gərək yeni bir qanun hazırlayalar və MSK-nı Maliyyə Nazirliyinə tabe etdirələr. Əks halda Maliyyə Nazirliyi partiyaların maliyyə vəsaitinə nəzarət imkanı əldə edə bilmir. Bu da onun funksiyasının məhdudlaşdırılması deməkdir. Bu qanun qəbul  edildikdən sonra MSK-nın Maliyyə Nazirliyinə tabe etdirilməsi ilə bağlı qanun qəbul edilməlidir. Onda partoiyaların MSK-ya maliyyə hesabatı verməsi mümkün olar. Biz öncə hesabatı MSK-ya verərik, MSK isə Maliyyə Nazirliyinə verər.

Bu dəyişiklik əslində Azərbaycanda qanunvericilik konstitusiya və qanunvericilik təşəbbüsünün fəlsəfə və məntiqinə zidd bir şəkildə həyata keçirilir. Bu da seçkilərin saxtakarlaşdırılması ilə bağlıdır.

 

-Hesab edirsiniz ki, bu cür absurd qanunların qəbul edilməsinə səbəb Milli Məclisin bu günkü tərkibidir?

 

-Bəli, qanunvericilik təfəkküründən uzaq insanlar o qədər parlamentdə təmsil olunur ki, nəticədə belə bir mənzərə formalaşır. İdmançılar, jurnalistlər, yazıçılar, alverçilər, bazar adamları, kiminsə katibəsi, kiminsə nəyisə olan insanların parlamentdə təmsilçiliyi belə bir vəziyyətin ortaya çıxmasına səbəb olur. Bu cür insanlar parlamentə toplaşandan, cinayətkarlar belə parlametə yol tapandan sonra bundan yaxşı nə isə gözləmək mümkün deyil. Bəzi keçmiş deputatlarla bağlı cinayət işinin qaldırılması, həbs olunmayan bəzi deputatlarla bağlı mətbuatda yer alan cinayət faktları və  s. dediklərimizə sübutdur. Bu gün Elmira Axundova ilə bağlı məhkəmə prosesi gedir. Onun necə böyük əmlaka malik olduğu haqqında mətbuatda məlumatlar var. Aytən Mustafayevanın malik olduğu əmlaklar haqqında  da çoxlu məlumatlar var. Hansı ki, bu adamın institut direktoru kimi maaşı 300-400 manatdır. Amma oğlunun yaxtasının qiyməti bir neçə yüz min manatdır. Belə olanda isə istər-istəməz sual meydana gəlir. Bu qədər maaşla bu qədər böyük sərvət necə əldə olunub? Bu məsələ ilə dövlət büdcəsinin oğurlanması məsələsini tutuşduranda məlum olur ki, bu cür deputatlar, bu cür nazirlər, bu cür komitə sədrləri bu cinayətlərdə şərik kimi iştirak ediblər.

Partiyalarla bağlı bu vaxta qədər yüzlərlə qanun qəbul edilib. Amma korrupsiyaya qarşı mübarizə ilə bağlı bir dənə qanun qəbul edilməyib.  Azərbaycan qanunvericiliyinə görə, deputatın deputat fəaliyyətindən kənar fəaliyyətlə, bizneslə məşğul olması qadağandır. Amma əksər deputatların şadlıq evləri, bazarı, ticarət mərkəzi var. Onlar bizneslə məşğuldurlar. Buna görə də onların parlamentə gəlməyə vaxtları yoxdur. Yaxşı olar ki, bu deputatlar ilk növbədə bu məsələ ilə bağlı qanun qəbul etsinlər. Əmlak senzi ilə bağlı qərar qəbul etsinlər. Mənşəyi bilinməyən əmlakın onlara necə gəlib çatmasını araşdırmaqla bağlı qərar qəbul etsinlər. Bundan sonra partiyalara verilən ianələr haqqında düşünsünlər.

 

-Bu gün müxalif partiyaya ianə vermək istəyən çoxmu insan var? Həqiqətənmi mövcud reallıqlar fonunda belə bu cür təşəbbüslə kimlərsə çıxış edir?

 

-Alaha şükür, Azərbaycanda elə bir vəziyyət yaradılıb ki, heç bir şəxs partiyaya ianə vermir. Bu gün Azərbaycanda partiyaların zəifləməsinin əsas səbəblərindən biri hökumətin partiyalara qarşı iqtisadi sanksiya tətbiq etməsidir. Bizə nə dövlət, nə də şəxslər yardım edir. Biz yalnız özfəaliyyət əsasında öz fəaliyyətimizi qurmuşuq. Hansı ki, özfəaliyyət əsasında bundan daha geniş iş qurmaq mümkün deyil. Bəzi şəxalər bir çox hallarda müxalifətin mövcud omadığını, gözə dəymədiyini bildirir. Müxalifət necə ola bilər ki, onun rayonlarda gedib vətəndaşlarla görüş aparmaq üçün belə yol pulusu yoxdur. Mən bir dəfə Lənkərana gedib-gəlmək üçün 200-300 manat pul xərcləməliyəm. Azərbaycanda isə onalrla rayon var. Belə çıxır ki, bir ay ərzində hər dəfə bir rayona getsəm 15-20 min manat ancaq yol puluna sərf etməliyəm. Bu pulu bizə nə dövlət verir, nə də dövlət imkan verir ki, iş adamları bizə yardım etsin. Belə iş adamları da yoxdur. Ona görə yoxdur ki, Azərbaycan iqtisadiyyatında monopoliya var. Monopolistlər də hökumətin adamlarıdır. Onlar müxalifətin adamları deyil ki, müxalif siyasi partiyalara pul versin. Bu qanunu qəbul edənlər nəyi düşünüb belə bir qanun qəbul edir? Xaricdən qrant almırıq ki, desinlər xaricdən dəstəklənir. Ianə də verən yoxdur. Olmayan bir şeylə bağlı qanun qəbul etmək nəyə lazımdır? Çökmək ərəfəsində olan ölkədə partiyaların ianə məsələsi nə dərəcədə önəmli məsələdir ki, buna diqqət yetirilir?

 

-Sizcə o zaman bu qanunun qəbul edilməsində məqsəd nədir?

 

-Ianə verən adamlar müəyyən mənada məsuliyyət daşıyırlar. Müxalifətə ianə vermək müxalifəti dəstəkləmək deməkdir. Bu isə həmin adamın azadlıqdan məhrum edilməsindən tutmuş biznes fəaliyyətinin qadağan olunmasına qədər istənilən təzyiqlərə məruz qalması deməkdir. Rəsul Quliyevin dönəmində bəzi şəxslərin bizim partiya yardım etdiyindən şübhələnmişdilər. Onları həbs etdilər, bizneslərini isə əllərindən aldılar. Indi çalışırlar ki, hansısa partiyaya kimsə 1-2 manat verirsə, iynənin ucu boyda ona hardansa maliyyə gəlirsə, onun qarşısını alsınlar. Yəni məqsəd partiyalara maliyyə nəzarətini həyata keçirmək deyil. Məqsəd partiyalara maliyyə nəzarətinin qarşısını almaqdır. Patiyaların maliyyə hesabatının MSK-ya təqdim edilməsi dünyadakı bütün dövlətlərin maliyyə sisteminə, maliyyə rejiminə ziddir. Partiya maliyyə durumu ilə bağlı MSK-ya məlumat verməməlidir. Birincisi, MSK ilə bizim yalnız seçki fəaliyyətimiz əlaqəlidir. Qalan fəaliyyətimizin MSK-la nə əlaqəsi? Tutaq ki, biz bir mitinq keçirəcəyik və iki min dollar bu mitinqin təşkilinə pul xərcləyəcəyik. Bunun MSK-ya nə aidiyyatıl var? Bu ki, seçki ilə bağlı deyil, mən siyasi mübarizə aparıram. Yaxud mən xaricə səfər edəcəm, bu səfəri maliyyələşdirəcəm. Bunun MSK-ya nə aidiyyatı? Bu məsələdə məntiq hardadır? Mən nəyə görə MSK-ya hesabat verməliyəm?

Azərbaycan Milli Məclisinin qəbul etdiyi qərarlar həm qanunvericilik fəlsəfəsindən uzaqdır, həm də qanun kimi ictimai münasibətləri tənzimləmək imkanına malik deyil. Çünki onsuz da MSK-nın mənim maliyyə fəaliyyətimə nəzarət etmək imkanı yoxdur. O gəlib deyə bilməz ki, sən Amerikaya getmə və ya get. Gedəni necə, hansı əsasla yoxlayacaq? MSK seçki fəaliyyəti ilə bağlı olmayan bir fəaliyyəti necə yoxlaya bilər? MSK-da maliyyə hesabatı yoxlayan maliyyə strukturları var?

Azərbaycanda qanunların işləməməsinin bir səbəbi də bu cür ağlagəlməz qanunların verilməsi ilə bağlıdır.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO