“Kiber cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir”x9d

“Kiber cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir”x9d

Hazırda oxunan: “Kiber cinayətkarlığa qarşı mübarizə gücləndirilməlidir”x9d

122293

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

xa0

-Osman bəy, son günlər mobil operatorlardan abonentlərin telefonuna xəbərdarlıq xarakterli mesajlar gəlir. Hansı ki, həmin mesajlarda şübhəli zəng və sms-lərə geri dönüş etməmək tövsiyyə olunur. Bildirilir ki, əks təqdirdə onlara böyük miqdarda borc yazıla bilər. Necə hesab edirsiniz, mobil operatorların, əlaqədar qurumların kiber cinayətkarlıqla bağlı yalnız xəbərdarlıqla kifayətlənməsi normaldırmı? Niyə bu problemin köklü həlli istiqamətində lazımi addımlar atılmır?

xa0

-Hesab edirəm ki, xəbərdarlıq xarakterli bu cür addımları alqışlamaq lazımdır. Bildiyiniz kimi, operatorlarla müqavilə bağlayan bəzi şirkətlər vətəndaşlara bezdirici sms-lər yollayır, onları hansısa xidmətlərə qoşurlar. Bu xidmətlər qarşılığında isə vətəndaşlardan pul alırlar. Qanunvericiliyə edilən son dəyişikliklərdən sonra bu cür halların qarşısı əhəmiyyətli şəkildə azalıb. Lakin bu da var ki, bəzən vətəndaşların özü də, internetdə işləyəndə və ya telefondan istifadə edəndə özündən asılı olmayaraq hansısa saytaxa0 daxil olur. Həmin sayta daxil olub nəyisə krikləmək, nəyisə aktivləşdirmək o anlama gəlir ki, siz hansısa xidmətə üzv oldunuz, o xidmətdən yararlanmaq istədiyinizi təstiqlədiniz. Ona görə də, operatorlar tərəfindən şüphəli zəng və sms-lərə geri dönüş etməməklə bağlı edilən xəbərdarlıq müsbət haldır. Əgər sizə şübhəli bir sms gəlirsə və siz geri dönüş edirsinizsə, hansısa sayta girirsinizsə diqqətli olmalısınız. Bu cür saytlara girən zaman hansısa xidməti aktivləşdirməyə və ya hansısa xidməti qəbul etməyə ehtiyyac yoxdur. Operatorların yolladığı xəbərdarlıq mesajları elementar təhlükəsizlik tədbiri ilə bağlıdır. Bu cür mesajların verilməsi vətəndaşların xeyrinədir.

xa0

-Bu günə qədər bir neçə sayt onlara edilən haker hücumları ilə bağlı MTN-ə, habelə digər əlaqədar qurumlara müraciət etsə də, bu vaxta qədər bir dəfə də olsun bu müraciətlərin real fayda verməsi, kiber hücumların önlənməsi, onu həyata keçirənlərin məsuliyyətə cəlb edilməsi nəticə verməyib. Sizcə bu, nə ilə bağlıdır? Bu, əlaqədar qurumların səhlənkarlığı, yoxsa acizliyi kimi dəyərləndirilməlidir?

xa0

-Burada iki amil var. Biri var ki, kiber cinayətkarlığın qarşısını almaq, yəni əvvəlcədən profilaktiki tədbirlər görmək, bir də var ki, cinayət baş verəndən sonra onun mənbəyini aşkarlamaq, nəticələrini aradan qaldırmaq. Təbii ki, bunun ikincisi birincisindən daha çətindir. Baş verən cinayətin nəticələrini aradan qaldırmaq, cinayəti törədən şəxsləri tapıb məsuliyyətə cəlb etmək daha böyük qüvvə tətbiq edir. Azərbaycanda kiber cinayətkarlığa qarşı mübarizə ilə keçmiş MTN məşğul olurdu. Lakin bu qurum ləğv edildi. Ancaq MTN ləğv edilməmişdən bir müddət qabaq ondakı bu səlahiyyətin bir qismi DİN-ə, Baş Prokrorluğa verildi. Adı çəkilən bu qurumlar bu istiqamətdə fəaliyyət göstərməyə səlahiyyətlidir.

Kiber cinayətkarlıq beynəlxalq cinayətkarlıq hesab edilir. Kiber cinayətkarlığa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiya mövcuddur. Hansı ki, Azərbaycanda bu konvensiyaya qoşulub. Bu cinayətlərin həyata keçirildiyi məkan və iştirakçılar müxtəlif olduğu üçün bu cür cinayətlərə qarşı mübarizə aparmaq çətin olur. Azərbaycanın əlaqədar dövlət qurumları bu konvensiyanın tələblərinə uyğun olaraq kiber cinayətkarlığa qarşı mübarizə aparmaq hüququna malikdirlər. Lakin burada bir sıra problemlər mövcuddur.

xa0

-Bu, hansı problemlərdir?

xa0

-Bu problemlər kadr, texnalogiya və s. ilə bağlıdır. Hesab edirəm ki, aidiyyatı dövlət qurumlarında bu istiqamətdəki fəaliyyəti canlandırmağa ehtiyac var. Qeyri hökümət təşkilatlarına, mediaya, özəl sektora bu məsələdə yardım edəcək qurum isə başqadır. Bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanındakı Elektron Təhlükəsizlik Mərkəzidir. Zənnimcə, bu qurumun da fəaliyyətini canlandırmağa ehtiyac var. Düşünmürəm ki, bu qurumda hər şey günün tələbləri səviyyəsindədir.

xa0

-Bu günlərdə Gürcüstanda Müdafiə Naziurliyinin nəzdində kiber ordu formalaşdırıldı. Məqsəd ölkənin internet məkanının etibarlı şəkildə müdafiəsini təmin etməkdir. Sizcə Azərbaycan Müdafiə Nazirliyində də bu sahədə ixtisaslaşmış şöbənin fəaliyyətinə lüzum varmı?

xa0

-Düşünürəm ki, qlobal müharibələrin xüsusiyyətinə nəzər salsaq görərik ki, müasir müharibələrdə bu texnalogiyalardan, geniş istifadə olunur. Sosial şəbəkələrdə gedən proseslər araşdırılır, bunun nəticələri təhlil edilir. Bu üsuldan istifadə edərək qarşı tərəfin müəyyən infrastruktur imkanları mətutlaşdırılır. Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq üçün Müdafiyə Nazirliyində belə bir şöbənin yaranması məqsədəuyğun olardı.Yəni bunun ziyanı yox, xeyri olardı. Həm ordu daxilində bu yöndə fəaliyyətin canlandırılması, həm də media və sosial şəbəkələrin araşdırılması, əks tərəfin texnoloji imkanlarının öyrənilməsi, onun zəif nöqtələrinin aşkara çıxarılması, müharibə zamanı bu bilgilərdən istifadə etmək faydalı olardı.

xa0

Seymur Əliyev

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO