“Xoşbəxt anlarımın sevincini yığıb Məhəmməd Əsədov qayıdan günə saxlamışam...”x9d

“Xoşbəxt anlarımın sevincini yığıb Məhəmməd Əsədov qayıdan günə saxlamışam...”x9d

Hazırda oxunan: “Xoşbəxt anlarımın sevincini yığıb Məhəmməd Əsədov qayıdan günə saxlamışam...”x9d
107145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az 20 noyabr 1991-ci ildə Qarakənd faciəsində həlak olmuş daxili işlər naziri, general-mayor Məhəmməd Əsədovun həyat yoldaşı Məleykə Əsədova və nəvəsi Nigar Əsədova ilə müsahibənin ikinci hissəsini təqdim edir.xa0

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---moderator.az/news/106896.html

- Həmin günlərdə sizə daha çox kimlər dayaq durdu?xa0

- Heç kim tək buraxmadı məni, qohumlar, dostlar, tanışlar gəldi. Gələn, gedən o qədər adam olurdu ki. Hər şey adi gəlirdi mənə, key kimi idim. “Leç.Komissiya”x9dnın poliklinikasından tibb bacısı göndərmişdilər bizə. Bircə onun fərqində idim ki, həmin tibb bacısı tez-tez ağzıma həb qoyub su içirdirdi. Sonrdan bildim ki, faciənin dəhşətini çox hiss etməməyimçün elə edirmiş. O günlərdə bizə dayaq durmayan yox idi, bütün Bakı əhli gəlmişdi bizə. Rayonlardan belə axışıb gəlmişdilər, elə bir rayon yox idi ki, oradan gələn olmasın.xa0
Onu da deyim ki, işlədiyi rayonların camaatına qarşı onda o qədər mehribançılıq, istilik var idi ki, hər bir sakini özünə doğma, əziz bilirdi. Hansı rayonda işləyib qayıdırdısa həmin rayonun sakinləri onun ardınca ağlayırdı, onu ötürməyə düz Bakıya qədər arxasınca maşın sürürdülər. Hər beş-on kilometrdən bir Məhəmməd düşüb onları yalvar-yaxarla geri qaytarırdı. Kaş ki, o günləri özünüz gözünüzlə görəydiniz. O qədər hörmətli adamı kimsə öldürə bilərdimi?! O qədər sevilən adam ölə bilərmi, yox ola bilərmi?! Yox! Neçə ildir ki, Məhəmməd Əsədov yoxdur, ancaq yenə də hamının qəlbindədir, heç kimin ürəyindən silinməyib. Məhəmməd Əsədov haqqında kimdən soruşsanız hər kəs bəlkə də mənim bilmədiklərimi də danışa bilər. Azərbaycan xalqının əsl kişisi idi Məhəmməd Əsədov!

- Səhv etmirəmsə sizin toyunuz noyabr ayının on yeddisi olmuşdu və elə Məhəmməd müəllim də noyabr ayında general rütbəsini almışdı. Hər zaman sizə sevinc bəxş edən noyabr ayı ömürlük kədər də gətirdi...

- Bəli, bir tərəfdən kədər, bir tərəfdən də fəxarət hissi gətirdi. O, noyabr ayında getsə belə gedişi də uğurlu gediş oldu. Mən onun gedişinə indi də pis baxmıram, gəzməyə getməmişdi ki... Bilirdim ki, o, vətən üçün, torpaq üçün getmişdi...xa0

- Məhəmməd müəllim rəhmətə gedəndə oğlanlarınızın ikisi tələbə idi, balacası da on yaşındaydı. İndi hansı sənətin sahibidilər, nə işlə məşğuldular?

- Həmin gün böyük oğlanlarım Natiqlə Nazim evdə yox idilər, dərsdə idilər. Böyüyü hüquq fakülətəsində, o biri də Tibb Universitetində oxuyurdu. Evdə balaca oğlum Rasim idi mənimlə. Televizorda da simfonik konsert verilirdi, qəfildən konsert kəsildi və faciənin xəbərini verdilər. Xəbəri eşidəndə 10 yaşlı Rasim stolun başına necə fırlanırdısa özünə yer tapa bilmirdi. Bilmirdi ki, neyləsin...xa0
Böyük oğlum elə atasının yolunu davam etdirdi, hüquq sahəsində çalışır. Və mən ataları ilə necə fəxr edirəmsə oğlanlarımla da o qədər fəxr edirəm. Allah eləməsin ki, respublikamızın üstünü qara buludlar alsın, ancaq əgər elə bir hal baş verərsə və mən bilsəm ki, o qara buludları mənim övladlarım qova bilər, razı olaram ki, atalarının yolu ilə gedib öz missiyalarını yerinə yetirsinlər. Mənim övladlarım həm də bu respublikanın övladlarıdır, əgər gərək olarsa elə birinci cərgədə onlar gedərlər. Məhəmməd Əsədovun özünə layiq 3 oğlu var. Mən tərbiyə etməmişəm, Məhəmməd Əsədovun tərbiyəsini götürüblər. Heç vaxt onlardan narazı olmamışam.xa0

- Bir qədər də nəvələrdən danışaq. Babasının adını daşıyan nəvə varmı?xa0

- Oğlanlarımın ikisi ailəlidir, hərəsinin də iki balası var, bir qız, bir oğlan. Böyük oğlumun qızı mənim adımı daşıyır, ikinci oğlumun da oğlu babasının adını.xa0

- Nəvə Məhəmməddə baba Məhəmmədə xasiyyətcə, görünüşcə bənzərlik varmı?xa0

- Balaca Məhəmmədin doqquz yaşı var, dördüncü sinifdə oxuyur, “gələcəkdə general olacağam”x9d deyir. Hər zaman ona deyirəm ki, sən general olmalısan, babanın adını doğrultmalısan. Babası Məhəmməd uşaq vaxtı çox çevik olduğuna görə bir qədər arıq olub, ancaq nəvəm bir qədər dolu bədənlidir. Zaman göstərəcək babasına oxşayıb oxşamadınığı, amma inanıram ki, elə babasına bənzəyəcək.xa0

- Məleykə xanım, etiraf edək ki, həyat yoldaşı olmayan xanım haqqında çox dedi-qodular olar. Hələ o qadın sizin kimi yaraşıqlı, gözəldirsə söz söhbətlər lap çox olar. Bu 24 ildə özünüzü elə dedi-qodulardan necə qorudunuz?xa0

- İnanın ki, o barədə heç vaxt fikirləşməmişəm. Elə ilk dəfədir ki, mənə bu sualı verirlər. Təsəvvürümdə də olmayıb ki, Məhəmməd Əsədov həyatda yoxdursa mənə nəsə deyə bilərlər. Biz Məhəmməd Əsədovla ailəli olanda da o, aylarla haradasa iş səfərlərində olub. Heç o zaman da ağlıma gətirməmişəm ki, Məhəmməd evdə yoxdur, kimsə mənə nə isə deyə bilər. Heç zaman düşünməmişəm ki, kimsə haqqımda danışa bilər, o fikirdən də çox-çox uzaqdayam. İndi siz deyəndə çox qəribə gəldi məni. Bu 24 ildə mən hər zaman Məhəmməd Əsədovun həyat yoldaşı kimi yaşamışam.xa0

- İndi yaşınızın elə bir çağındasınız ki, nə qədər yaxşı qohum, dost, yaxşı övlad olsa belə, bu yaşda qadın ən azından axşam yastığa baş qoyanda bir qulaq yoldaşı, ürək sirdaşı arzulayır. Sizdə necədir, dərdləşmək üçün Məhəmməd müəllimi axtarırsınızmı heç?

- xa0Haqlısınız, ancaq mən hər axşam yatanda da, səhər oyananda da Allahıma şükr edirəm. Səhərimizin açılması üçün, mənə belə balalar verdiyi üçün, şirin nəvələr bəxş etdiyi üçün dönə-dönə şükr edirəm. Nəvələrimlə o qədər xoş vaxt keçirirəm ki, bir dəqqiqə olsun belə beynimin boş qalmasına imkan vermirlər. Elə bir anım olmur ki, kimsəsizliyimi, təkliyimi hiss edim.xa0

- xa0İki oğul evləndirmisiniz, nəvələr dünyaya gəlib, xoşbəxt anlar yaşamısız. Bəs həmin anların sevincini necə, paylaşmısınızmı Məhəmməd müəllimin ruhuyla?xa0

- Bütün xoşbəxt anlarımın sevincini yığıb saxlamışam. Məhəmməd Əsədov nə vaxtsa gələrsə, nə vaxtsa görüşəriksə, o zaman bölüşəcəm sevincimi, xa0bütün şad xəbərlərimi...xa0

- Son olaraq Məhəmməd Əsədov haqqında nələri danışmaq istərdiniz ki, o barədə sizdən soruşmadım və ya indiyədək heç kimə danışmamısınız.xa0

- Onu qeyd edim ki, Məhəmməd xa0Əsədov tutduğu bütün vəzifələri öz zəhməti, öz biliyi, öz əzmkarlığı ilə qazanmışdı. Hər hansı vəzifədə olsa belə nə zaman desəydilər ki, bu vəzifədən ərizə yazıb getməlisən və ya istefa verməlisən həmin dəqiqə onu edərdi. O, heç vaxt vəzifə üçün, vəzifəyə gəlmək üçün can atmayıb, onu dəvət ediblər vəzifələrə. 1990-cı illərdə Bakıdakı mitinqlərdə çox-çox dövlət adamlarının adlarını mənfi mənada hallandırardılar. Məhəmməd Əsədov deyirdi ki, “bircə dəfə adımı o mitinqlərdə çəksələr həmin günün səhəri işə getmərəm”x9d. Ancaq kaş ki, mitinqlərdə onun da adını çəkəydilər və o da işdən çıxaydı. Ancaq yenə də deyirəm ki, yox, yaşamaq nə qədər yaxşı olsa belə, qəhrəmancasına ölmək hər adama qismət olmur. O, ölümüylə elə bir zirvəyə ucaldı ki, heç kim onu unutmayacaq, bu dünya durduqca Məhəmməd Əsədov da yaşayacaq. O vaxta qədər unutmayacaqlar ki, Məhəmməd Əsədov qayıdıb gələcək, mən ümidlə gözləyirəm o günü...xa0

Bir haşiyə də çıxım ki, əvvəllər həyata baxanda insanların hamısını müsbət görürdüm. Ancaq zaman keçdikcə insanların bəzilərini fərqli görürəm. İnsanların hamısını müsbət görməyimi onunla əlaqələndirirəm ki, mən hamını Məhəmməd Əsədovun fonunda müsbət görürdüm, çünki onda bircə dənə olsun belə mənfi xüsusiyyət, kişiyə yaraşmayan hərəkət görməmişdim. Amma indi Məhəmməd Əsədova daha çox üstünlük verirəm. İndiki insanlarla onu müqayisə etdikdə düşünürəm ki, Məhəmməd Əsədov mayakdır!

Məleykə xanımı müsahibəmiz boyu tək qoymayan nəvəsi Nigarla da həmsöhbət olduq. Nigar Əsədova səkkizinci sinifdə oxuyur. Baba Məhəmməd Əsədovun ikinci oğlu Nazimin qızıdır, nəvə Məhəmməd Əsədovun bacısıdır.

- Nigar xanım, general Məhəmməd Əsədovun nəvəsi olmaq necə bir duyğudur?xa0

- Mən babamı görməmişəm, ancaq uşaqlığımdan bəri nənəmin, qohumlarımızın, yaxınlarımızın babam haqqında danışdıqları xatirələrlə xa0böyümüşəm. Məhəmməd Əsədovun nəvəsi olmaq mənim üçün fəxrdir. Hər zaman qürur duymuşam ki, mənim belə bir babam olub, belə bir şəxsiyyətin nəvəsiyəm. Hər zaman çalışmışam ki, babama layiq nəvə olub, onun kimi vətənpərvər olum. Hər zaman da həm qardaşıma, həm də əmim uşaqlarına demişəm ki, biz babamıza layiq insan, şəxsiyyət olmalıyıq. Evimizdə babamla bağlı video lentlər, disklər var. İlk dəfə həmin video göürüntüləri izləyəndə babamın necə danışdığını gördüm. O vaxta qədər babam haqqında eşitdiyim bütün müsbət keyfiyyətlərin həmin görüntülərdə cəmləndiyini gördüm. Həmin günlərdə babamı gördüm, danışığını eşitdim, səsini duydum deyə çox sevincliydim. Hər dəfə də o görüntüləri izləyəndə iftixar duyuram ki, elə bir insan məhz mənim babam olub. Ancaq çox təəssüff də edirəm ki, babam qəhrəmancasına şəhid olduğuna görə onu üzbəüz görə bilməmişəm...

- Nənəniz baban haqqında ən çox nələrdən danışır, babanla bağlı dönə-dönə danışmağını istədiyin hansısa maraqlı hadisələr varmı?xa0

- Nənəm hər zaman babamın qəhrəmanlıqlarından danışır və istəyirəm ki, hər zaman da danışsın. Babamın necə layiqli bir həyat yoldaşı, gözəl ata, gözəl bir insan olduğunu xa0anladır. Nəinki nənəm, bütün qohumlarımız da babam haqqında daima müsbət fikirlər söyləyirlər. Və mən də hər yerdə, məktəbdə də, cəmiyyət arasında da babam haqqında danışmağa çalışıram. İstəyirəm ki, babamın böyük şəxsiyyət olduğunu hamı bilsin.xa0

Rumiyyə Miraslan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO