Mehriban Ələkbərzadə “Azdrama”da edəcəyi yeniliklərdən DANIŞDI

Mehriban Ələkbərzadə “Azdrama”da edəcəyi yeniliklərdən DANIŞDI

Hazırda oxunan: Mehriban Ələkbərzadə “Azdrama”da edəcəyi yeniliklərdən DANIŞDI
637161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bir neçə gün əvvəl Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib.
 
Mehriban Ələkbərzadənin təyinatına sevinənlərlə yanaşı, sevinməyənlər də var.
 
O, öz dəst-xəti, yaradıcı üslubu olan, işgüzar insandır. Bəs onun gəlişi ilə teatrda hansı yeniliklər olacaq? “Azdrama”nın kollektivi ən çətin kollektiv kimi tanınır. Bu onu qorxudurmu?
 
Lent.az bu suallarla Mehriban xanımın özünə müraciət edib.
 
“Bu, mənə doğma kollektivdir. 25 il öncə teatrda ilk addımlarımı burada atmışam və uzun illər “Azdrama”da çalışmışam. Çətinliyə gəlincə, çətinlik hər yerdə, həmçinin bu teatrda da var. Əsas məsələ bütün problemlərin öhdəsindən layiqincə gəlməkdir”, - o bildirib.
 
“Sizin gəlişinizlə teatrda hansı yeniliklər olacaq?” sualına cavab olaraq bədii rəhbər bildirib ki, əsas məqsəd Azərbaycan teatrının inkişafına xidmət etməkdir:
 
“Əsas meyar teatrın inkişafına xidmətdir. Buna görə müəyyən çəki-düzən veriləcək. Hələlik tanışlıq mərhələsindəyəm, araşdırıram. Görülən işlərlə tanış olduqdan sonra müəyyən planlaşdırmalar olacaq”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO