Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun İranda verdiyi sonuncu konsert güneyli həmvətənlərimiz tərəfindən birmənalı qarşılanmayıb. Həmvətənlərimiz Alim Qasımovu Tehranda ortaq konsert verməyə dəvət edən şəxsin - Homay Pərvazın onun səviyyəsində olmadığını bildiriblər.xa0
Buna baxmayaraq, bəhs edilən konsert 9-10 mart tarixində baş tutdu ki, bu da həmvətənlərimizin ikinci dəfə etiraz və üzüntüsünə səbəb oldu.
Moderator.az-a məsələ ilə bağlı danışan Xalq artisti xa0Alim Qasımov isə etiraz edənlərlə razılaşmır:
“Güneydə yaşayan həmvətənlərimizin iradları ilə tanış olmamışam. Amma deyim ki, Homay Pərvaz yaxşı musiqiçidi. Öz üzərində çalışan insandı. xa0Onlar mənə olan sevgidən bu cür deyiblər. Bu, onların məhəbbətindən irəli gəlib. Amma musiqidə böyük səviyyə, kiçik səviyyə söhbəti olmur. Musiqi elə musiqidir. Əsas odur ki, farslarla azərbaycanlılar birgə həmin konsertə gəlmişdilər. Xeyli rezonans yaratdı. Konsert zalında yer olmadığı üçün əlavə stullar da qoymuşdular”x9d.xa0
Elmin Nuri



































































































