"Azərbaycanımız üçün çox iş görmək olar, amma gərək bunu istəsinlər..."

Hazırda oxunan: "Azərbaycanımız üçün çox iş görmək olar, amma gərək bunu istəsinlər..."

205995
Keçən il (2016) UNEC-də Scienc Slam platforması əsasında maqistrlərin bilik yarışı keçirildi. Bu yarışma modelini bizə Almaniyadan Pərviz Əmiraslan göndərmişdi. Urəyi Azərbaycanla döyünür.. Arzu edərəm ki, sükansız və ya benzinsiz işləyən avtomobilləri Azərbaycanda yaratsın.Təşəkkürümü bildirirəm, Pərvizə.

Bu, əməkdar elm xadimi, professor Şahlar Əsgərovun Almaniyada çalışan məşhur azərbaycanlı alim Pərviz Əmiraslanla bağlı yazdığı statusdur.

Pərviz Əmiraslan Ş. Əsgərova aşağıdakı məzmunda cavab göndərib. Onun fikirlərinin ictimai əhəmiyyətini nəzərə alaraq oxuculara təqdim etməkdə fayda gördük:

"Təşəkkür edirəm, əziz Şahlar müəllim. İnanın bəzən içimdən alovlanıram... Azərbaycanımız üçün çox iş görmək olar. Amma, gərək bunu istəsinlər. Hər hansı bir texniki qurğunu, cıhazı almaqla deyil, onu hətta öyrənib ölçmə aparmaqla da deyil, gərək o cihaz kimi, o texnologiyanı mənim məmləkətimin tələbələri, alimləri hava kimi, su kimi udsunlar və biliklə, əsl elmlə yaşasınlar. Keçmiş zamanlarda olan Alimlər çoxunun dolanışığı heç yaxşı olmayıb, amma elm üçün fəda olublar və nəticə qoyublar ortaya. Bizim ölkəmizdə hələlik ancaq qurğu almağa üstünlük var, öyrənməyə yox! Bir iki Laboratoriya ilə iş birməz! Gərək toplu şəkildə olsun! Sizin kimi ziyalılarımız səslərini çıxarmalıdırlar. Amma, susurlar, çox təəssüf edirəm. Sizin kimiləri çox nadirdirlər, ona görə də çətindir və çətin olaraq qalacaq. Mən dediyiniz fikirdən daha mükəmməl, Azərbaycan üçün daha effektli texnologiyaları orada yaratmaq, orada tətbiq etmək istəyərdim. Buna isə güclü elmi baza gərəkir. Cavanlarımızda bu yoxdur, olsa da çox aşağıdır. Bütün bunların başında Nazirlik dayanır. Savadlı kadrlarımız yaşlıdırlar və artıq indiki innovativ texnologiyaya zənnimcə uya bilməyəcəklər. Bu isə nəticədə çətinlik törədəcək, amma mümkündür. Əsas istək olmasıdır və elmə, təhsilə və nəticədə texnologiyaya ciddi investisiya qoyulmalıdır. Biznes modeli, Management Modeli, İnvestisiya modeli, strategi model hazırlanmalıdır.... Bunu kim edəcək, nə zaman edəcək? Bu sual məncə hələ cavabsızdır...

Xatırladaq ki, Almaniyanın Braunşvayq Texniki Universitetində çalışan həmyerlimiz Pərviz Əmiraslanov süni intellekt metodunu rəhbərlik etdiyi elmi şöbədə tətbiq etməklə praktiki şəkildə yeni fəaliyyət xəttinə keçməsi bacarıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO