Həmyerlimiz Lütfi Zadənin əsasını qoyduğu və bu gün bütün dünyanı öz ağuşuna alan süni intellekt nəzəriyyəsi bir çox sahələrdə tətbiq edilir. Artıq süni zəka vasitəsilə kompüterlərin şeir yazması və mahnı bəstələməsi az qala adi hala çevrilib.xa0
Moderator.az xəbər verir ki, bu dəfə sünki zəka ilk dəfə olaraq film ssenarisi yazıb. “Yaz günəşi”x9d adlandırılan qısametrajlı filmdə tanınmış aktyorlar rol alıblar.xa0
Filmin rejissoru Benyamin Şarp ssenarinin bəzi yerlərində anlaşılmaz məqamların olduğunu desə də, ona çox toxunmayıb. Maraqlı məqamlardan biri budur ki, filmin yaradıcı heyəti süni zəkanın yazdığı ssenarini ilk dəfə oxuyanda xeyli gülüblər.
Elmin Nuri




























































































