Moderator.az “Yada düşər xatirələr”x9d layihəsini dünən dünyasını dəyişən mərhum xalq şairi Söhrab Tahirə həsr edir. Söhrab Tahirin həyatının rəhbər illərinə aid olan maraqlı xatirələr həm də şairin bir insan kimi tanıdılmasında çox vacib rol oynaya bilər:
İmam Mustafayevin verdiyi ev
“Mənə İmam Mustafayev hərbi fonddan üç otaqlı ev ayırıb mənzilin orderini komitəyə göndərmişdi.Üzür istəyib həmin orderi geri qaytardım, dedim:
-Mənim üçün üç otaqlı mənzil çoxdur. Sabah mən səkkiz baş ailəyə üç otaqlı mənzil verəndə onlar mənim üç otaqda tək yaşamağımı üzümə vura bilərlər. (şair o zaman bu cür səlahiyyəti olan Bakı Partiya Komitəsinə rəhbərlik edib. E.N)
İ. Mustafayev bunu eşidib özü şəxsən mənə iki otaqlı evin orderini göndərdi. Mən iki otaqlı evin də orderini qəbul etməyib sonradan bir otaqlı evin orderini alanda dedim:
-Bir otaqlı evin orderini qəbul edirəm. Amma bu evə hələ ki, köçməyəcəm. Ona görə ki, mənə Təbrizdə firqəyə köçməyə zəmanət verən Məmi Dehqani ev alsın və rahat ora köçsün.
Belə də oldu. MK-nın nüfuzlu şəxsi olan Dehqani Nərimanov prospektində ev alıb ora köçdü. Mən də ondan sonra indiki Səməd Vurğun küçəsindəki evə köçdüm.
Mirzə İbrahimovun qarğışı
Mərkəzi Momitədə böyük iclas keçirilirdi. Rəyasət heyətində Süleyman Rüstəm və Mirzə İbrahimov oturmuşdu. Söhbət Biriyadan gedirdi. (Məhəmməd Biriya Güney Azərbaycanın nakam taleli şairlərindən idi. Uzun müddət həbsdə də qalası olub. Bakıya gələndən sonra dərvişvari geyimi ilə hamını təəccübləndirdi ”“ E.N.) Biriya onun haqqında danışanların hamısını - Süleyman Rüstəmi və başqalarını istehza ilə süzürdü. Dodqalarında acı təbəssüm meydana gəlmişdi.
Mirzə İbrahimov tribunaya çıxanda üzünü Biriyaya tutub dedi:
-Allah sənə böyük istedad verib. Sən onun qədrini bilmədin. Allah sənin belini qırsın.
Mən o vaxta qədər Mirzə İbrahimovdan bu cür qeyzli danışıq görməmişdim. O, danışdıqca mən hərdən dönüb Biriyaya baxırdım. Onun üzündən istehzalı təbəssüm çəkilmirdi.
Mən onda Bakı partiya təşkilatının sədri işləyirdim. Müəyyən səlahiyyətlərim var idi. ona ev ala, telefon çəkdirə bilərdim. Amma o, bunu qəbul etmədi. Biriya nəsihətlərə, tövsiyyələrə müqavimət edib, heç kimi və heç nəyi saymırdı.
Bir dəfə institut tələbəsi olan Qərib Aşkarini yanıma çaırıb dedim:
-Sənə bir iş tapşıracağam. Bir şərtlə ki, heç kim bilməsin. Biriya həbsxanadan buraxıb gəlin. Ona bir dəst kostyum almışam. Onu tap, bu kostyumu ver. Soruşsa de ki, Söhrab Tahir göndərib.
Biriya Qəribə belə cavab vermişdi:
- Bu kostyumdan mənə Süleyman Rüstəmlə, Mirzə İbrahimov da göndərib. Ancaq qaytarmışam. Bunu götürürəm. Amma geyinməyəcəyəm, kiməsə bağışlayacağam. Çünki o kişiyə mənim hörmətim var. Ona bu cür də deyərsən.
Hazırladı: Elmin Nuri


































































































