Nəfsiniz bu 3 qidanı çəkirsə...  ”“ Xəstəliklərin əlamətləri

Nəfsiniz bu 3 qidanı çəkirsə... ”“ Xəstəliklərin əlamətləri

Hazırda oxunan: Nəfsiniz bu 3 qidanı çəkirsə... ”“ Xəstəliklərin əlamətləri

117194
Alimlər orqanizmin qida tələblərinə fikir verərək bir sıra xəstəlikləri öncədən müəyyənləşdirməyin mümkün olduğunu bildirir.
 
Amerikada bestsellerə çevrilən “The plant Âxad powered life”x9d adlı kitabın müəllifi Şaron Palmer da nəfsimizin çəkdiyi qidalara görə, xəstəlik risklərini müəyyənləşdirə biləcəyimizi deyir.
 
Publika.az həmin kitaba əsasən, diqqət etməli olduğunuz 3 nüansı təqdim edir:
 
1.Su
Mütəmadi olaraq susamaq, sudan doya bilməmək şəkər xəstəliyinin əlaməti ola bilər. Susuzluqdan əziyyət çəkirsinizsə, dərhal həkimə müraciət edin. Ola bilsin ki, sizdə şəkər xəstəliyi var. Unutmayın ki, erkən diaqnoz bütün xəstəliklərin müalicəsində əhəmiyyət daşıyır.
 
2.Duz
Həddən artıq duzlu qidalara meyl etmək Addison xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik böyrəküstü vəzlərinin kifayət qədər hormon istehsal edə bilməməsi nəticəsində yaranır. Addison xəstəliyi müalicə edilməzsə, təzyiq ani şəkildə düşə bilər. Bu isə ölüm təhlükəsi deməkdir.
 
3. Buz
Buz, kağız, gil və torpaq kimi qida dəyəri olmayan maddələrə qarşı olan istək dəmir çatışmazlığından yaranır. Araşdırmalar göstərib ki, buz çeynəmək beyinə gedən qan miqdarını artıraraq dəmir çatışmazlığından yaranan halsızlıq halının qarşısını alır. Bu səbəbdən, dəmir çatışmazlığı olan insanların nəfsi buz çəkir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO