"Aliye"nin Arda obrazını canlandıran Ayberk Koçarın son görüntüsü gündəm oldu — FOTO

"Aliye"nin Arda obrazını canlandıran Ayberk Koçarın son görüntüsü gündəm oldu — FOTO

Hazırda oxunan: "Aliye"nin Arda obrazını canlandıran Ayberk Koçarın son görüntüsü gündəm oldu — FOTO

626280

2000-ci illərin məşhur televiziya serialı "Aliye" də Arda obrazı ilə tanınan keçmiş uşaq aktyor Ayberk Koçar uzun müddətdən sonra yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, aAktyorluq fəaliyyətinə 2004-cü ildə "Aliye" serialı ilə başlayan Koçar daha sonra "Son Osmanlı Yandım Ali", "Pulsar", "Hayde Bre" və "Benim Hala Umudum Var" kimi film və seriallarda da rol alıb. Uğurlu karyerasına baxmayaraq, o, sonradan aktyorluqdan ayrılmaq qərarı verərək fərqli həyat yolu seçib.
 

Hazırda mediadan uzaq yaşayan Ayberk Koçar təhsilinə və şəxsi inkişafına üstünlük verir. Keçmiş uşaq aktyoru sakit həyat tərzi sürür və ictimaiyyət qarşısına nadir hallarda çıxır.


Onun sosial mediada yayılan son görüntüləri isə izləyicilərin marağına səbəb olub. Bir vaxtlar "Aliye" serialındakı Arda obrazı ilə yadda qalan Koçarın illər ərzində xeyli dəyişdiyini görən sosial media istifadəçiləri "Zaman çox sürətlə keçir" kimi rəylər paylaşıblar.

Qeyd edək ki, "Aliye" serialı yayımlandığı dövrdə yüksək reytinq qazanmış, baş rollarda Sanem Çelik, Nejat İşler və Halit Ergenç çıxış etmişdilər. Serial bu gün də Türkiyə televiziya tarixinin yaddaqalan layihələrindən biri hesab olunur.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO