Nigar Camal "Avroviziya" mahnımızı tənqid etdi: “Müsabiqəyə uyğun deyil”

Nigar Camal "Avroviziya" mahnımızı tənqid etdi: “Müsabiqəyə uyğun deyil”

Hazırda oxunan: Nigar Camal "Avroviziya" mahnımızı tənqid etdi: “Müsabiqəyə uyğun deyil”
601152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Avroviziya 2011"in qalibi Nigar Camal müsabiqədə bu il ölkəmizi təmsil edəcək JİVA və "Just go" mahnısından danışıb.

Bizim.Media xəbər verir ki, müğənni "İncə səhər" verilişində mahnının "Avroviziya" kimi beynəlxalq müsabiqəyə uyğun olmadığını deyib:
 

"Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. "Avroviziya"nın formatı dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki... Bizdən ən gözəl səsi göndərsən belə, onlarda yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Bizim dildə danışan və düşünən insanın yazdığı mahnı olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim bizimkilər yazıb".


Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışmanın birinci yarımfinalı 12 may, ikinci yarımfinalı 14 may, böyük final isə 16 may 2026-cı il tarixində baş tutacaq. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO