Kirkorovun 8 milyon vergi BORCU VAR 

Kirkorovun 8 milyon vergi BORCU VAR 

Hazırda oxunan: Kirkorovun 8 milyon vergi BORCU VAR 
174562
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskva məhkəməsi Rusiyanın Xalq artisti Filipp Kirkorovdan təxminən 8 milyon rubl (153 min 600 manat) məbləğində vergi və rüsumlar üzrə borcunu bərpa edib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq qərarı Taqanski rayonunun 374 saylı məhkəmə dairəsinin hakimi qəbul edib. 

Məhkəmənin çıxardığı hökmə görə, Kirkorovun 2022-ci il üçün vergi və rüsumlar üzrə borcu 7 972 985 rubl təşkil edib.

Pop kralının Rusiya xəzinəsinə vergi ödəmədiyi və bunun Federal Vergi Xidmətinin cərimələnməsi ilə nəticələndiyi aydınlaşdırılıb. Həmçinin Moskva büdcəsinə dövlət rüsumu kimi 24 032 rubl 46 qəpik yığılıb (təxminən 462 manat). Məhkəmə qərarı hələ qüvvəyə minməyib və Kirkorovun vəkili qərardan mümkün şikayət barədə heç nə deməyib. 
Qeyd edək ki, bundan əvvəl Kirkorov Dubaya uçub. Restoranda konsert verərkən o, həyatını Rusiyasız təsəvvür edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, vətənindən uzaqda belə rus ruhunun varlığını hiss edir. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO