Əri Ebru Şallını avtomobildə DÖYDÜ - FOTO

Əri Ebru Şallını avtomobildə DÖYDÜ - FOTO

Hazırda oxunan: Əri Ebru Şallını avtomobildə DÖYDÜ - FOTO

100300

Türkiyənin məşhur modeli və aparıcısı Ebru Şallını 3 illik həyat yoldaşı, iş adamı Uğur Akkuş avtomobildə döyüb. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Emirqanda baş verən hadisə zamanı modelin fiziki zorakılığa məruz qaldığı iddia edilib.  

Əlbəyaxaya çevrilən davanın qarşısını isə yolda digər nəqliyyat vasitələrində olan insanlar müdaxilə edib və təcili yardım çağırılıb. 

Şallı polisə verdiyi ifadəsində “Mən şikayətçi deyiləm. O, mənim ərimdir” sözlərini dilə gətirib. 

Qeyd edək ki, bir müddət əvvəl dələduzluqda ittiham olunan U.Akkuşun haqqında 8 il 4 ay həbs xəbərləri yayılıb. İş adamının ciddi maddi sıxıntılar çəkdiyi bildirilib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO