Şadlıq evlərində həkim vakansiyası açılmalıdır

Şadlıq evlərində həkim vakansiyası açılmalıdır

Hazırda oxunan: Şadlıq evlərində həkim vakansiyası açılmalıdır

55136

Son zamanlar cəmiyyətdə günün ən aktual mövzusuna çevrilmiş yas və toy məclisləri barədə müxtəlif inzibatçılıq tədbirləri barədə münasibətlər müxtəlif olsalar da hələ mükəmməl bir təkliflər ortaya qoyan görmədim. Belə görünür ki, cəmiyyət bütünlükdə cılızlaşır. Hər kəs ziddiyyətli danışır. Bu qədər emosiya və qəzəb, şübhəsiz ki, cahil düşüncə və həyat tərzindən qaynaqlanır.  Gəlin, ilk öncə məsrəfləri  ifrat həddində olan yas məclislərindən başlayaq.

Ölüm- hər kəsin dadacağı acı şərabdır. Hansı ki,insanlar tez-tez belə hadisələrə şahidlik etsələr də ibrətlər götürə bilmirlər. Dünyasını dəyişən, qoca, yaşlı, cavan və hətta uşaq da ola bilər. Bu məsələyə olduqca incə yanaşmaq gərəkir. Heç qəlbinin yarası qaysaqlamamış halda kiminsə məclisinə daxil olaraq ehsan menyusunda yemək olduğunu xəbər almaq və mədəniyyətsiz şəkildə müdaxilə etmək anti-insani görüntü yaratmırmı ? Nə üçün bu kimi tədbirlər zorakılıqla şüursuz şəkildə, insanların hissiyatına toxunmaqla həyata keçirilməlidir ? Cəmiyyətdə barış, sevgi və sülh yaratmaq əvəzinə, ziddiyyət toxumu səpmək kimə gərəkdir ?

Bütün bunları nəzərə alaraq təklif edirəm ki, yas məclislərinin təşkilinə nəzarət aidiyyətli qurumun vəzifə və səlahiyyətlərinə aid edilməlidir. Məlumdur ki, yas məclisləri mollaların iştirakı ilə təşkil edilir. Qafqaz Müsəlmanları Ruhanilər İdarəsinin fətvası ilə mollaların yas məclislərinə dəvəti müvafiq şərtlər bağlana bilər. Məsələn, mollalar yemək verilən məclislərdə iştirak etməkdən imtina edə bilərlər. Səbəbini isə verilən fətva ilə əsaslandıra bilərlər. Bu yolla təbliğat aparılaraq tədricən ənənəvi xarakter almış ziyafət süfrələri özünün bəsit və yasa uyğun görkəminə keçə bilər.

Hər hansı məsələ ideoloji müstəvidə öz həllini taparsa daha mütəşəkkil intizama riayət qaydaları meydana gələr və heç bir narazılıq da olmaz. Müstəsna hal kimi,vəfat edən şəxsin dəfn günü onun yaşadığı yerdən kənarda yaşayan uzaq bölgələrdən gələn ziyarətçilər üçün yemək süfrəsi təşkil eilə bilər. Həmin gün dini ayinlərin həyata keçirilməsi və mərhumun dəfni ilə bağlı tədbirlər çox vaxt apardığı üçün məclis iştirakçılarının uzaq ziyarətçiləri cadırkənarı (kiçik çadırda bir masalıq süfrədə təamlar edə bilərlər.

Ola bilsin ki, ziyarətçilərin içərisində sağlamlığından əziyyət çəkən,amma yaxınlıq əlaqəsininin üzərindən keçə bilməyərək günün sonuna qədər mərhumun ailəsinə mənəvi dəstək olmaq üçün yanında olmaq istəyən insanlar var. Bu kimi xüsusi hallar nəzərə alınmalı və müstəsna hal kimi qeyd edilməlidir. Digər mərasimlərdə isə (məhrumun 3-ü, 7-si və 40-ı nəzərdə tutulur) belə hallar nəzərə alınmamalıdır.

Toy məclislərinin təşkili üçün ziyafət salonlarının (şadlıq evləri) fəaliyyəti barədə SMP DK tərəfindən verilən təklif isə mükəmməllik baxımından o qədər də düz deyil. Qeyd edim ki,qida məhsullarının konservləşdirilmiş növlərindən başqa digərləri nəzərdə tutulan sertifikatlaşdırma prosedurlarından keçirilə bilməz. Çünki qida məhsullarının əksəriyyətinin yarımfabrikat halı da əsasən kənd təsərrüfatı məhsullarından ibarətdir. Bu sahədə SMP DK ixtisaslaşdırılmamış qurumdur. Əgər biz İctimai iaşə obyektlərində xidmətin keyfiyyətinin yaxşılaşdırılması və əhalinin sağlamlığının təhlükəsizliyi işini əsas götürürüksə məsələ öz mahiyyətinə müvafiq həll edilməlidir.

SMP DK-ın süfrəyə verilən qida növünü hansı şəraitdə öz laboratoriyasına aparacağı və hansı müddət ərzində onu müayinə edəcəyi məsələləri çoxsaylı suallar doğurur. Hesab edirəm ki, Hər il Tibb universitetini bitirən gigiyena və epidemologiya üzrə ixsaslı gənclərimiz var. Hansı ki,onların iş yeri ilə təmin edilməsində müəyyən çətinliklər də mövcuddur.

Biz şadlıq evlərində həkim vakansiyası açılmalı və bu, icbari qaydada tələb olunmalıdır. Bu halda iki məsələnin əllinə nail ola bilərik. Qida məhsullarının tərkibinin təhlükəsizliyinin müayinə edilməsi üçün Çanta laboratoriyasından da istifadə etmək olar. Həmin laboratoriya ictimai iaşə obyektlərində həkim otağında yerləşdirilə bilər. Həkim müqavilə əsasında süfrəyə verilən qida məhsullarının keyfiyyətinə birbaşa cavabdeh şəxs olduğu üçün neqativ hallara heç vaxt yol verilə bilməz. Əgər bütün süfrə təamları laborator müəyinə edilmişdirsə müştəriyə təqdim edilən dislokasiyada həkimin rəyi olmalıdır.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO