Dönər yeyə-yeyə öndər olmuşuq...  - 7 cümlədə 7 dərd…

Dönər yeyə-yeyə öndər olmuşuq... - 7 cümlədə 7 dərd…

Hazırda oxunan: Dönər yeyə-yeyə öndər olmuşuq... - 7 cümlədə 7 dərd…

228110
Hər zəlzələ zənginlərə deyir ki, topladığınız zər-zibadan zəli kimi yapışmayın; qəfil əcəl zəngi zəngildəyib sizi qara torpağın altına göməndə özünüzlə bir zərrə dəxa0 götürə bilməyəcəksiz...xa0
***
Xankəndindəkixa0 separatçı rejimə qarşı erməni etirazları Azərbaycanın zərərinə olmaqla Qərbin dermokratiyasının Qarabağa ilk addımlarıdır; bundan sonra bizxa0 torpaqlarımıza heç addım da ata bilməyəcəyik...xa0
***
20-25 ildir həkimlərin xəbərdarlığına rəğmən, özümüz zərərini dərk edərək doyunca dönər, digər “fastfud”ları yeyə-yeyə şişmanlıq, infarkt, şəkər və xərçəngdən ölmək üzrə öndərxa0 olmuşuq-xa0 elə apteklərin yanındaca açılmış dönərxanaların məhsulunu yeməyimizin hesabına rüşvətxor, dələduz həkimlər, dərman mafiyaları kef edir...
***
“Maşın-şou”nun hörmətli(!) iştirakçılarına “Şuşa uğrunda savaşa gedirik” desək, neçəsi maşından əlini çəkər?..
***
“Xalqın başını qatma artisti” adı təsis etmişəm; sizcə, bu adı öncə kimə verək?..
***
Aşıb-daşan selin qəzəbi Göyçayda korrupsiya körpülərindən birini uçurdu; bunun zərbəsini yenə də kasıb-kusub çəkdi, bəhrəsini isə daha çox korrupsionerlər görəcək - təzə körpü tikiləcək...xa0xa0
***xa0
Ölüm üstündə yatanların, 3 “sroku” olanların sürücü qoyulduğu avtobuslar bizi haralara aparacaq?..
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO