Qadının boynundan boyunbağısını qoparan şəxs tutuldu

Qadının boynundan boyunbağısını qoparan şəxs tutuldu

Hazırda oxunan: Qadının boynundan boyunbağısını qoparan şəxs tutuldu

58774
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri  əməliyyat tədbirləri nəticəsində oğurluqda və soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Anar Qabilov yaxalanıb.
 
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, o, sentyabrın 14-də Cavadxan küçəsində Sevda Hacıyevanın boynundan qızıl boyunbağını qıraraq qaçıb. O, oktyabrın 12-ə keçən gecə Moskva prospektində yaşayan İmran Məmmədova məxsus «Toyota» markalı avtomobildən, şüşəni sındırmaqla 300 manat və iki ədəd gödəkçə, Cavadxan küçəsində yaşayan Bəxtiyar Manafova məxsus «Toyota» markalı avtomobildən, şüşəni sındırmaqla video müşahidə kamerası oğurlayıb.
 
A.Qabilov həmçinin, oktyabrın 12-nə keçən gecə Moskva prospektində yaşayan Şahin Zurnayevə məxsus «Kia» markalı avtomobilin yan şüşəsi sındırıb.
 
Faktla bağlı araşdırma aparılır.(publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO