Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən- Şok açıqlama - Şok açıqlama

Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən- Şok açıqlama - Şok açıqlama

Hazırda oxunan: Arvadını öldürəndən sonra yandıran 79 yaşlı kişidən- Şok açıqlama - Şok açıqlama

47772
Qazaxda baş verən dəhşətli qətllə bağlı bəzi detallar məlum olub. 


Moderator.az milli.az-a istinadən xəbər verir ki, Polis şöbəyə gələn ağsaqqal kişinin “arvadı öldürdüm” deməsinə ilk olaraq inanmayıb. Amma sonradan həmin kişinin evinə gedəndən məlum olur ki, ahıl yaşda hər adama ağsaqqal demək olmaz. Onların hərəkəti bəzən nəvələri yaşda olan insanları dəhşətə gətirir. Qazax rayonunda həyat yoldaşını amansızlıqla öldürən 79 yaşlı Musa Musayevin törətdiyi əməl eşidib-bilən hər kəsi şoka salır. O, 81 yaşlı arvadı Gülşad Musayevanı balta ilə öldürərək meyitə və evə od vurub. Sonra isə evinin alovuna baxa-baxa polis şöbəsinə gələrək təslim olub. 

Qazax Rayon Prokurorluğunun müstəntiqi Qasım Ağayev Milli.Az-a açıqlamasında bildirdi ki, M.Musayevin arvadı ilə aralarında uzun müddətdir, problemləri varmış. Dünən mübahisələri olub və Musa baltanın arxası ilə Gülşadın başına zərbələr vurub. Ağır zərbələr yaşlı qadının ölümü üçün kifayət edib. Arvadının öldüyünə əmin olandan sonra isə evi və meyiti yandırıb. 

M.Musayevin ifadəsində arvadını və evi yandırmasını qəribə əsaslandırması olub: “İstəmədim o boyda ev, mülk kiməsə qalsın. Ona görə də yandırıb məhv etdim”. Hər ikisi təqaüdçü olan qocaların övladları və nəvələri var. Hadisə baş verən vaxt isə onlar evdə tək olublar. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO