Akif Muradverdiyevin işi üzrə ekspertiza təyin olunub

Akif Muradverdiyevin işi üzrə ekspertiza təyin olunub

Hazırda oxunan: Akif Muradverdiyevin işi üzrə ekspertiza təyin olunub

32857

Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin işi üzrə ekspertiza təyin olunub. Moderator.az  “Media forum”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Mətləb Qasımov məlumat verib.

Vəkil bildirib ki,  ekspertizanın nə ilə bağlı olduğu istintaq sirridir. O, işlə bağlı növbəti vəsatətlə çıxış etdiklərini də deyib: “İndi vəsatətin nə zaman cavablandırılacağını gözləyirik”.

Mətləb Qasımov əlavə edib ki, Akif Muradverdiyev istintaqa ifadəsində çantasından tapılan qızılların ona məxsus olmadığını deyib.

Müvəkkili ilə hər gün görüşdüyünü deyən vəkil onun mədəaltı vəzində ağrılar olduğunu vurğulayıb.

Akif Muradverdiyev iyunun 20-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Akif Muradverdiyev Bakının beynəlxalq hava limanından Rusiya Federasiyasına aparmaq məqsədilə qızıl pul sikkələrini Azərbaycan Respublikasının gömrük sərhədindən gizli keçirib. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlayıb, Akif Muradverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Akif Muradverdiyev MTN-in təcridxanasında saxlanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO