Taksi sürücülərini bıçaqla hədələyib pul alan şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Nəsimi Qələndərovun 11 il azadlıqdan məhrum edilib.
Hadisə ötən il mayın 7-də Binəqədi rayonunda baş verib.
Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşib, Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb. N.Qələndərovyn elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq etdiyi üzə çıxıb.
Onun Qubad Xudayevi bıçaqla hədələdiyi və 90 manat pul aldığı üzə çıxıb.(musavat.com)

































































































