Balkanlarda Azərbaycanın fəal müdafiəçisi - Enes İbrahim

Balkanlarda Azərbaycanın fəal müdafiəçisi - Enes İbrahim

Hazırda oxunan: Balkanlarda Azərbaycanın fəal müdafiəçisi - Enes İbrahim

245208

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi Enes İbrahim haqqında ingilis dilində məqalə yaradılıb.

Moderator.azxa0xəbər verir ki, Enes İbrahim Balkanlarda Qarabağ və Azərbaycan məsələsini fəal şəkildə müdafiə edən siyasətçilərdəndir. Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edir.xa0

Enes İbrahim “Ufuq” Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. Bu gündə Azərbaycanla bağlı fəaliyyətini davam etdirir.xa0

2016-cı ilin sentyabr ayında Enes İbrahim və azərbaycanlı jurnalist, AMEA MEK-in Sərbəst Elektron Resursları şöbəsinin müdiri Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaradıblar.xa0
Enes İbrahimin Makedoniyanın hazırkı Baş naziri Zoran Zayevlə yaxın dostluq münasibətləri var.xa0

//en.wikipedia.org/wiki/Enes_Ibrahim


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO