Rusiyanın Saratov vilayətində Ceyhun Cəfərov adlı azərbaycanlı biznesmen öldürülüb.
xa0
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ceyhun Cəfərov dünən axşam evinin yaxınlığında güllələnib. Naməlum şəxs ona odlu silahla üç dəfə atəş aşıb. 55 yaşlı biznesmen ürəyindən aldığı güllə yarasından hadisə yerində ölüb.xa0
xa0
O, "Vozrozhdenie-KDM" tikinti şirkətinin rəhbəri olub.
xa0
Saratov vilayətinin Azərbaycan icmasının rəhbəri Vladimir Muradov bildirib ki, cinayət sifariş xarakterlidir.
xa0
Hadisə evin ətrafındakı müşahidə kameralarına düşüb. Hazırda faktla bağlı istintaq-araşdırma işləri aparılır.










































































































