Azərbaycanda intihar halları niyə artıb?

Azərbaycanda intihar halları niyə artıb?

Hazırda oxunan: Azərbaycanda intihar halları niyə artıb?

117652
DİN - in ötən il üçün açıqladığı rəsmi statistikaya görə, ötən il müxtəlif səbəblərdən ölkə üzrə intihar edənlərdən 320 nəfəri kişi, 105 - i isə qadın olmaqla 34 - ü məktəbli və yeniyetmə, 19 - u hərbçi, beşi isə məhbus olub. Ölkədə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur.xa0

Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə ölkədə intihar sayları ilbəil artır. Belə ki, 2008 - ci ildə 138 olan bu rəqəm ötən il 482 olub...xa0

Məsələ ilə bağlı Moderator.az - a açıqlama verən Psixoloq Fərəh Quliyeva intiharın təsiri altına daha çox azyaşlılıarın düşdüyünü bildirir:

“İntihar ümumiyyətlə seçim deyil. O, insanların özləri ilə bacara bilmədiklərində, ətrafdan kömək istəmədiklərində xa0insanların etdikləri gərəksiz bir sondur. Dünyada insanların problemi çözmə istiqamətləri, davranış və düşüncə istiqamətləri, seçimləri azalmış, seçimsiz seçimin qurbanına çevrilmiş insanların sayları günü - gündən artır. Bu məsələdə daha çox təsir altına azyaşlılar düşür, hansı ki, onlar bölüşməyə, kömək almağa da cəsarət etmirlər, özlərinə qapanaraq ətrafdan kənarlaşır, öz sıxıntılarını problemə, problemlərini isə həlli olmayan bir sona bənzədirlər. Yaxsı olar ki, istənilən yaşda insanların öz dost çevrələri olsun ki, problemlərini onlarla bölüşə xa0bilsinlər, həmçinin onu da qeyd etmək lazımdır ki, xa0intihar barədə video görüntülər, yazılar, paylaşımlar olmamalıdır. Bu özüylə bərabər daha bir ağırlıq gətirir. Yaşam bizlərə verilən ən dəyərli və təkrarı olmayan böyük bir şansdır ki, onun nə əvəzi, nə də təkrarı var. Heç bir problem zəmin yaratmır ki, insan öz dəyərli həyatını sona çatdırsın”x9d.

Daha sonra isə məsələ ilə bağlı digər bir psixoloq Könül Cəfərovanın fikirlərini öyrəndik.

Psixoloq müşahidələrinə əsasən deyir ki, intihar edənlərin əksəriyyəti yeniyetmələrdir. Onun sözlərinə görə, insanlar daha çox diqqət cəlb etmək üçün “göstərişli intiharlara”x9d əl atır. Ən çox da, ailədaxili konfliktlər üzündən. Digər səbəblər isə, sosial qayğılar və psixoloji xəstəliklərdir:

“İntiharın bu qədər çoxalmasına səbəb kimi bir neçə faktoru göstərmək olar. Bu həm ailə-məişət problemləri, həm də insanların özünü təsdiq edə bilməməsi ola bilər. Son dövrlər intihar hallarının sayı müqayisə olunmayacaq dərəcədə artıb. İntihar halları daha çox yeniyetməlik dövründə baş verir.Yeniyetməlik dövründə baş verən intiharların əsas səbəbi özünütəsdiqetməmədir. Bir çox hallarda məqsəd intihar deyil, diqqəti öz üzərinə yönləndirməkdir. Yeniyetmə və ya ilkin gənclik dönəmində gəncləri o istiqmətdən çıxartmaq mümkündür. Ən effektiv yollardan biri də təhsil müəssələrində psixoloqların olmasıdır. Həmin insanlarla müəyyən qədər psixoloji söhbətin aparılması onları intihar cəhdlərindən döndərə bilər”x9d.

Mütəxəssis araşdırmalarına görə, intihar etmə vasitələri arasında asma, kəsici alətlərdən istifadə, hündürlükdən atma, minik vasitələrinin qabağına keçmə, özünü yandırma hallarına rast gəlinir, ən çoxu isə ilk üçlükdür.xa0

Nəzərə almaq lazımdır ki, son dövrlər intiharlar üçün səbəb ola biləcək vəziyyət də özünəqəsdin son çıxış yolu olduğunu düşünənlərin sayını artırıb. Ölkədə iqtisadi böhranın dərinləşməsi ilə sosial vəziyyət də xeyli gərginləşib. Qətl, intihar, oğurluq hadisələrinin sayı və miqyası da buna görə artır. Hətta yaxın qohumlar arasında baş verən qətl hadisələri, banklara borcu olanların həmin obyektlərin qarşısında özünə qəsd etməsi vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir.

Elşən Yəhyayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO