"DəmirBank" elektron arayış əsasında kreditlər təklif edir ki, bu da müştərilərə rahat şəkildə kredit əldə etməyə imkan verir.
Bankdan Moderator.az -a verilən məlumata görə, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və digər zəruri sənədləri bankda quraşdırılmış xüsusi kompüterlər vasitəsilə formalaşdıra bilər. Bununla yanaşı, www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdırmaq və banka göndərmək mümkündür.
Qeyd edək ki, elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrindən ödənişsiz olaraq əldə etmək mümkündür.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149
//www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az




































































































