Hər şey neftin dünya bazarında qiymətlərinin ucuzlaşmasıyla başladı. Daha sonra Azərbaycan milli valyutası devalivasiyaya uğradı. Nəhayət, ölkənin ən iri bankı olan ABB-nın sədri Cahangir Hacıyevin “səhhətində”x9d problemlər yarandı və o, istefaya getdi. Bütün bunlar arasında hansısa orqanik bağ varmı? Ümumiyyətlə nə baş verir?
Moderator.az-ın sualını cavablandıran eks-spiker Rəsul
Quliyevə görə, səhhətində problem yaran varlıq Cahangir Haciyev deyil, Azərbaycanın
maliyyə sistemidir və əslində yaşanan bu hadisələr ardıcıllığında fövqəladə heç
nə yoxdur: “Beynəlxalq Bank (bu ad çox ehtimalla sovetlərdən miras qalıb) və
digər banklar Azərbaycanın neft ixracatı üzərində qurulmuş maliyyə sisteminin
bir hissəsidir, müstəqil siyasət apara bilməzlər, normal bank funksiyalarına
malik deyillər. Bankın idarə heyətinin, yaxud direktorlar şurası və bu
orqanların sədrlərinin kim olmasının da elə bir əhəmiyyəti yoxdur. Onlar istəsələr
belə fərqli siyasət yürüdə bilməzdilər. Bu mənada C. Hacıyevin istefa verməsi və
ya göndərilməsinin Azərbaycanın dağılan finans sisteminə hansısa müsbət təsir
göstərəcəyinə inanmıram. Bununla belə, Hacıyev öz səhvinin qurbanı oldu.
Düşünürəm ki, ağlı başında olan heç kim, əvvəlcədən şərtləri razılaşdırmadan,
müstəqil siyasət aparmağa nail olmadan o banka və ya başqa banklara sədr getməməlidir.
Çünki uzun müddət Azərbaycanda aparılmış maliyyə-kredit siyasəti (korrupsiya və
rüşvəti leqallaşdıran siyasət) çoxdan bankları iflas səviyyəsinə çatdırıb. Bu iflasın
qarşısı ancaq və ancaq valyuta rezervlərinin hesabına alınırdı, bu gün həmin valyuta
rezervləri insanlara maaş verməyə belə
çatmır. Azərbaycanın düçar olduğu
maliyə xəstəliyinin beynəlxalq adı var- ”˜”™Holland sindromu”™”™.
Bu sindromunun nədən ibarət olduğuna aydınlıq gətirən Rəsul
Quliyev sindromun xronikası barədə kiçik arayış verməyi də unutmadı: “Vaxtilə
Hollandiya, Səudiyə Ərəbistanı (1959-1975) bu xəstəliyə düçar olublar və qısa
müddətdə sağala biliblər. Bir çox ölkələr (Norveç, BƏƏ, Küveyt, İran, Meksika)
tarixdən ibrət dərsi götürərək xəstəlikdən yayına biliblər. Nə yazıq ki, ibrət
dərsi götürməyənlər də var. Artıq bir çox ölkələr son 10 ildə bu xəstəliyin
ağır forması ilə üz-üzədirlər və maliyyə sağlamlığından mərhum olublar. Rusiya,
Venesuela, Qazaxıstan, Türkmənistan və təəssüf ki, Azərbaycan bu ölkələrin
avanqardında gedir.
“Holland sindromu”x9d adından göründüyü kimi Hollandiyada baş
verib. 1959-cu ildə Hollandiyada küllü miqdarda təbii qaz istehsalına başlanıb
və ölkəyə küllü miqdarda valyuta axını başlayıb. Nəticədə ölkəyə axan xarici
valyuta yerli valyutanı möhkəmləndirib; yəni onun məzənnəsini qaldırıb, yerli
istehsal dayanıb, idxalat artıb, infliyasiya yüksəlib”x9d.
Fikirləri daha aydın anlaşılsın deyə, eks-spiker əyani
misallar verdi: “Tutaq ki, Azərbaycanda fermer 10 kq ət istehsal etməyə 2 manat
pul xərcləyir. 2 manat kursla götürdükdə 2 dollar 60 sent səviyyəsindədir.
Xarici fermersə 2 kq əti 2 dollara istehsal edir. O zaman hansısa biznesmen 2
manatı bankda dəyişib 2 dollar 60 sent alar, onunla xaricdən 2 kq ət alaraq ölkəyə
gətirib satar və ən azı 30 sent də cibinə qoyar. Belə bir vəziyyətdə azərbaycanlı
fermerin idxalat qarşısında duruş gətirib məhsul istehsal etmək şansı aşağı düşər.
Bizim o bankların işi isə yerli istehsalçının belini qıran bu prosesi işlək
hala gətirməkdən ibarət idi. Yəni bahalı manatı ucuz dollara dəyişmək (ucuz
dolların mənbəyi isə neftin satışından gələn xarici valyutaydı. Həmin vəsaiti
Azərbaycan höküməti sağa sola səpələyirdi),
manatla və ya xarici valyuta ilə kreditlər vermək idi”x9d.
Azərbaycandakı bank əməliyyatlarının məğzində, prinsipcə, ölkə
iqtisadiyyatını dirçəltmək yox, sadə və asan yolla pul qazanmaq mexanizminin
durduğunu bildirən həmsöhbətimiz fikirlərini belə davam etdirdi: “Məsələn,
verilmiş kredit həcminin 10 faizi kimlərəsə çatdırılmalı idi. Kredit götürənlərdən
əvvəlcədən rüşvət alınmasına baxmayaraq bankların gücü bu kreditin heç 30
faizini verməyə belə çatmırdı. Deməli, kredit verilməsi valyuta rezervindən pul
götürməklə həyata keçirilirdi. Neftin qiymətinin aşağı düşməsiylə bu sistem tamamilə
dağıldı. Di gəl ki, Hacıyevin ağaları bunları anlaya bilmir, onun izahına da
inanmırlar. Ağalar anlamırlar ki, birdən-birə kredit götürənlərin sayı niyə belə
azalıb. Əslində bankın özü də kredit verməkdə maraqlı deyil. Çünki bunu verməyə
pulu da yoxdur. İllərdir, hər ay ABB-dən pul alanlar indi Hacıyevin onları
aldatdığını düşünürlər”x9d.
Eks-spiker bu cür inzibati metodlarla tənəzzül prosesinin
qarşısının alınacağına, Cahangir Hacıyevin istefaya göndərilməsinin nəyisə dəyişəyəcəyinə
isə inanmır: “Hətta neftin qiyməti 100 dollara çatsa belə, bu, maliyyə tənəzzülünü
sadəcə zəiflədə bilər, onu dayandırmağa gücü çatmaz”x9d.
Adı “Holland sindromu”x9d olmasına baxmayaraq bu maliyyə xəstəliyinin biz və bizə bənzər ölkələrdə Hollandiyadan daha ağır keçməsinin səbəblərinə toxunan Rəsul Quliyevin fikrincə, başlıca səbəb Azərbaycanın korrupsiya və rüşvət sisteminə söykənməsindən irəli gəlir: “Holandiyada heç vaxt korrupsiya ”“rüşvət xüsusi inkişafda olmayıb. Bu ölkə son 100 ildə korrupsiya və rüşvətin ən az olduğu dövlətlərin sırasındadır. Azərbaycan və sadaladığım digər ölkələr isə əksinə, korrupsiya və rüşvətin avanqardında gedir. Bu maliyyə sindromu xərçəng xəstəliyi kimidir. Holandiyada bizdən fərqli olaraq xərçəngin birinci mərhələsində idi və dərhal da onun yayılmasının qarşısı alındı. Bizdə isə bu xəstəlik metastaz vermiş vəziyyətdədir”x9d.
































































































