TAP ilə Avropaya qaz nəqlinin həcmi açıqlandı

TAP ilə Avropaya qaz nəqlinin həcmi açıqlandı

Hazırda oxunan: TAP ilə Avropaya qaz nəqlinin həcmi açıqlandı

44586

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) ilə ötən ilin dekabrın sonundan 6 milyard kubmetrə yaxın təbii qaz nəql edilib. 

Bizim.Media xəbər verir ki, bunu konsorsiumun kommersiya direktoru Mariya Savova deyib. 

Onun sözlərinə görə, TAP-ın əhəmiyyəti cari qaz bazarı kontekstində olduqca vacibdir:

“Təbii qaz və mövcud qaz infrastrukturu qlobal enerji keçidində strateji rol oynamağa davam edəcək”. 
 

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. 


TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO