Azərbaycan avtomobil idxalını 50%-dən çox azaltdı

Azərbaycan avtomobil idxalını 50%-dən çox azaltdı

Hazırda oxunan: Azərbaycan avtomobil idxalını 50%-dən çox azaltdı

101153
2015-ci ilin 9 ayında Azərbaycana 22 915 ədəd avtomobil idxal edilib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə,  ötən ilin eyni dövrü ilə müqayisədə 25 min 69 ədəd və ya 52,2% azdı.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) cari ilin 9 ayı üzrə açıqladığı statistik məlumatda deyilib. 

Hesabata görə, ölkəyə gətirilən avtomobillərin 733 ədədi 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 386 əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1584 yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 212 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Qeyd edək ki, ötən 9 ay ərzində Azərbaycana 47 min 984 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO