“Türkiyə tərəfi Rusiya qazından imtina etdiyi halda, bunu Azərbaycan qazı ilə kompensasiya etmək mümkün olmayacaq”x9d.
Moderator.az-ın apa-ya istinadən məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov “Rambler. Xəbərlər”x9d portalına açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, bunun səbəbi Azərbaycanın əlavə qaz həcminə malik olmamasıdır: “Azərbaycan 2040-cı ilədək hasil edəcəyi və ixrac üçün nəzərdə tutulan qazı artıq satıb. Əgər əlavə qazımız olsaydı, biz onu daxili tələbata yönəldərdik”x9d.




































































































