Kamranın komandasının matçında PKK çaxnaşması  - VİDEO

Kamranın komandasının matçında PKK çaxnaşması - VİDEO

Hazırda oxunan: Kamranın komandasının matçında PKK çaxnaşması - VİDEO

97369
Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" səfərdə "Kurtalanspor"un qonağı olub.

Moderator.az-ın “sport7.az”x9da istinadən yaydığı xəbərə görə, qalmaqalla başlayan görüş yarımçıq dayandırılıb. Qarşılaşma başlamadan öncə stadionda Türkiyənin İstiqlal marşı səslənib. Bu zaman "Kartalanspor" fanatları himni fitə basaraq, PKK terror təşkilatı lehinə şüarlar səsləndirib. Bundan başqa azarkeşlər PKK-nın marşını oxumaqdan çəkinməyiblər. Əsas hadisələr isə qarşılaşmanın 72-ci dəqiqəsində baş verib. İlk hissəni 0:1 geridə tamamlayan İzmir təmsilçisi ikinci 45 dəqiqəyə aktiv başlayıb. Artıq 72-ci dəqiqədə Taha Balcının qolu "Karşıyaka"nı 2:1 önə keçirib. xa0Bu zaman qol vuran futbolçu tribunaya tərəf dönərək əsgər salamı verib.

xa0Bu isə "Kurtalanspor" tərəfdarlarının etirazına səbəb olub. Arenada yenidən Abdulla Öcalanın lehinə şüarlar səsləndirilib. Yerli fanatlar qonaq komandanın üzvlərini daşa basıb. Polis qüvvələri bibər qazından istifadə edib. Bu zaman futbolçular da qazdan zəhərlənib. Qarşılaşmanın keçirildiyi arena bir anda savaş meydanına çevrilib. Buna görə də, hakim 85-ci dəqiqədə hesab 1:3 olanda matçı yarımçıq saxlayıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO