Velosipedçimiz V İslam Həmrəyliyi Oyunlarında 4-cü yeri tutdu

Velosipedçimiz V İslam Həmrəyliyi Oyunlarında 4-cü yeri tutdu

Hazırda oxunan: Velosipedçimiz V İslam Həmrəyliyi Oyunlarında 4-cü yeri tutdu
87413
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında avqustun 7-də Azərbaycan velosipedçiləri növbəti yarışlarda iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Elit/U23 yığma komandamızın üzvləri Konya Velodromunda baş tutan trek velosipedinin xallar üzrə qrup ötüşməsi növündə mübarizə aparıblar.

Qadınlar arasında yarışda Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişilər arasında yarışda isə Musa Mikayılzadə və Nəcəf Bağırov güclərini sınayıblar.

Perspektivli velosipedçimiz Ayan Xankişiyeva əzmkar mübarizə apararaq 13 xalla 4-cü yerə layiq görülüb, M.Mikayılzadə isə 8 xalla 7-ci yerə çıxıb. Digər idmançılarımız V.Sidorenko və N.Bağırovdan uğurlu nəticələr gözlənilsə də, onlar ümidləri doğrultmayıb və imkanlarından tam istifadə edə bilməyərək mübarizəni tamamlamayıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.

İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.

56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da, bağlanış mərasimi isə avqustun 18-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO