Qurban Qurbanov yetirmələrindən narazı qaldı

Qurban Qurbanov yetirmələrindən narazı qaldı

Hazırda oxunan: Qurban Qurbanov yetirmələrindən narazı qaldı

74333
Qurban Qurbanov "Bakı" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib.

"Qarabağ"ın baş məşqçisi yetirmələrindən narazı qalıb:

"Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. "Bakı" bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik. Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdu. Futbolçularla isə çox məsələni danışmalıyıq".

"Bakı"nın baş məşqçisi oyunla bağlı bunları bildirib:

"Böyük sıxıntılardan sonra "Qarabağ" kimi güclü bir komandaya qarşı mübarizə apardıq. Mən indiyə qədər "oyuna çıxmayacağıq" cümləsi işlətməmişəm. Məşqə çıxmamaq olar, belə problemlər mümkündü. Bu gün futbolçular oyuna çıxdılar və 1 xal qazandıq. Mən bu xalı rəhbərliyə hədiyyə edirəm". (anspress)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO