Azərbaycan xizəkçisi Britaniyada çempion oldu

Azərbaycan xizəkçisi Britaniyada çempion oldu

Hazırda oxunan: Azərbaycan xizəkçisi Britaniyada çempion oldu

66994

Azərbaycanı dağ xizəyi üzrə yarışlarda təmsil edən İlya Kostov Böyük Britaniyanın açıq çempionatında birinci yeri tutub.

Bizim.Media Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransanın Tiqnes Xizək Kurortunda baş tutan yarışda 17 yaşlı idmançı U-18 kategoriyasında dağdan eniş növündə qızıl medal qazanıb.

İkinci yerə fransalı Dilan Hakkar, üçüncü yerə isə macarıstanlı Attila Banyal sahib olub.

Kostov ümumi nəticələrə görə isə 3-cü yerdə qərarlaşıb. Yarışda Fransa, Macarıstan, İtaliya, ABŞ, Avstraliya və Kanadadan ümumilikdə 30 xizəkçi qatılıb.
İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO