Azərbaycan gimnastları beynəlxalq turnirlərə yollandılar

Azərbaycan gimnastları beynəlxalq turnirlərə yollandılar

Hazırda oxunan: Azərbaycan gimnastları beynəlxalq turnirlərə yollandılar

618102
Gimnastika üzrə Azərbaycan yığmaları beynəlxalq turnirdə iştirak etmək üçün Bosniya və Herseqovina və Slovakiyaya gediblər.
 
Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, bədii gimnastlar Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova 31 mart - 3 aprel tarixlərində Sarayevodakı “Suada Dilberoviç” beynəlxalq turnirinə qatılacaqlar.
 
Aerobika gimnastikası üzrə yığmanın üzvləri Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva isə martın 31-dən aprelin 2-dək Bratislavada baş tutacaq 24-cü Slovakiya Açıq Beynəlxalq turnirində qüvvələrini sınayacaqlar.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO