"Arsenal"dan "Çelsi" üzərində inamlı qələbə

"Arsenal"dan "Çelsi" üzərində inamlı qələbə

Hazırda oxunan: "Arsenal"dan "Çelsi" üzərində inamlı qələbə
599089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 28-ci turu çərçivəsində Londonun "Arsenal" və "Çelsi" komandaları arasında keçirilən oyun başa çatıb.

Bizim.Media xəbər verir ki, qarşılaşmada "topçular" 2:1 hesablı qələbə qazanıblar. Görüş "Emirates" stadionunda baş tutub. Oyunun baş hakimi Darren İngland olub.

Matçın 21-ci dəqiqəsində Vilyam Saliba hesabı açaraq "Arsenal"ı önə keçirib. İlk hissənin əlavə edilmiş 45+2-ci dəqiqəsində Piyero İnkapye avtoqol müəllifi olub və hesab bərabərləşib. 66-cı dəqiqədə Yurriyen Timber meydan sahiblərini yenidən üstün vəziyyətə çıxarıb.

70-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Pedru Netu ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb və "Çelsi" oyunu azlıqda davam etdirib.

Bu nəticədən sonra "Arsenal" 64 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. "Çelsi" isə 45 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda "topçular" səfərdə "Brayton"la (4 mart) qarşılaşacaqlar. "Çelsi" isə eyni gündə səfərdə "Aston Villa" ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO