“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

“Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB

Hazırda oxunan: “Qarabağ” - “Ayntraxt”matçının ikinci hissəsi BAŞLADI/YENİLƏNİB
592011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasındakı oyunda ikinci hissə başlayıb.

Bizim.Media xəbər verir ki, matçı İsveçrədən olan hakimlər briqadası idarə edir.

***22:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) matçının ilk hissəsi başa çatıb.

Bizim.Media xəbər verir ki, qarşılaşmanın ilk 45 dəqiqəsi 1:1 hesablı bərabərliklə bitib.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.

Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub. 

"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə (0:0) edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.

Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq "Ayntraxt" isə 4 xalla 33-cüdür.


Qeyd edək ki, "Qarabağ" son - 8-ci turda səfərdə "Liverpul"la qarşılaşacaq (29 yanvar). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO