“Qəbələ” Adyumani ilə danışıqlara BAŞLADI

“Qəbələ” Adyumani ilə danışıqlara BAŞLADI

Hazırda oxunan: “Qəbələ” Adyumani ilə danışıqlara BAŞLADI

590521

Misli Premyer Liqasında qalmağı hədəfləyən “Qəbələ” heyətini gücləndirməkdə davam edir.

Bizim.Media xəbər verir ki, qış fasiləsində Seydina Keyta və İsmaheel Akinade ilə anlaşan “qırmızı-qaralar” daha bir əcnəbini hədəfə alıb.

Bölgə təmsilçisi müdafiənin sol cinahındakı boşluğu Fil Dişi Sahilinin U-23 millisinin üzvü Yannik Adyumani ilə doldurmaq niyyətindədir. “Qəbələ” rəhbərliyi İsveçin “Estersund” klubunun futbolçusu ilə danışıq aparır.

23 yaşlı oyunçunun İsveç klubu ilə müqavilə müddəti ilin sonuna qədər olsa da, Adyumaninin “Qəbələ”yə keçidi real görünür. Hazırda tərəflər arasında danışıqların son mərhələsi gedir.

Premyer Liqa təmsilçisi transferi 17-ci turda “Şamaxı” ilə keçiriləcək matça qədər yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, ölkəsinin “ASEC Mimosas” klubunun yetirməsi olan Yannik Adyumani İsveçdə “Hakken”in də formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO