"Barselona" Alvaresi transfer etməkdən İMTİNA ETDİ

"Barselona" Alvaresi transfer etməkdən İMTİNA ETDİ

Hazırda oxunan: "Barselona" Alvaresi transfer etməkdən İMTİNA ETDİ
584095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin “Barselona”ya keçid məsələsi gündəmdən düşüb.

Bizim.Media xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, Kataloniya təmsilçisi argentinalı futbolçunun transferindən bir neçə səbəbə görə imtina edib.

İmtinaya əsas səbəb olaraq maliyyə məsələsi göstərilir. Belə ki, “Atletiko”nun 25 yaşlı forvardı 200 milyon avrodan aşağı qiymətə satmaq niyyətində olmadığı, futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğinin isə 500 milyon avro olduğu bildirilir. "Barselona" isə öz növbəsində bu vəsaiti ödəməyi planlaşdırmır.

Bundan başqa, klub rəhbərliyinin Alvaresin son üz-üzə oyundakı performansından təsirlənmədiyi qeyd olunur. "Barselona"nın Robert Levandovskini əvəzləmək üçün daha məhsuldar və çalışqan hücumçu axtarışında olduğu vurğulanır.

Məlumata görə, "Barselona" Levandovskinin yerinə alternativ namizədləri araşdırmağa davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO