“Borussiya” futbolçusuna 50 milyon qiymət qoydu

“Borussiya” futbolçusuna 50 milyon qiymət qoydu

Hazırda oxunan: “Borussiya” futbolçusuna 50 milyon qiymət qoydu
582982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Borussiya Dortmund”un hücumçusu Seru Girassinin müqaviləsində 2026-cı ilin yayında qüvvəyə minəcək 50 milyon avroluq sərbəst qalma bəndi var.

Bizim.Media Sky Sport Germany-yə istinadla xəbər verir ki, sözügedən bənd yalnız “Real Madrid”, “Barselona”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Yunayted”ə aiddir.

Mənbəyə görə, 29 yaşlı futbolçu kuboklar qazanmaq istəyir. Ona görə də qərarını “Borussiya”nın nəticələrinə əsasən verəcək və yalnız ən yaxşı kluba keçməyi düşünəcək.
 

Girassi əvvəllər “Əl-Hilal” tərəfindən təklif olunan illik 20 milyon avroluq maaşdan imtina etmişdi. Bu mövsüm o, bütün yarışlarda 17 oyunda meydana çıxıb, doqquz qol vurub və dörd məhsuldar ötürmə edib.


Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 45 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO