
- A-
- A
- A+
Madrid derbisini “Real” Madrid qazandı - VİDEO
Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, İspaniya çempionatında Madrid derbisi baş tutub.
“Real” Madrid “Atletiko” Madridi qəbul edib. Ev sahibləri qalib gəliblər.
“Real” Madrid – “Atletiko” Madrid 2:0
Qeyd edək ki, bu qələbədən sonra "Real" Madrid turnir cədvəlində vahid liderliyini davam etdirir. Komandanın 17 oyundan sonra aktivində 42 xalı var.
Fransa çempionatında isə “Monako” PSJ-nin qonağı olub.
Ev sahibləri Mbappenin qolları ilə qalib gəlib.
PSJ – Monako 2:0
Bununla da PSJ növbəti üç xalını qazanaraq çempionluğa doğru daha bir addım atıb.
Komandanın aktivində 18 oyundan sonra 45 xalı var. İkinci yerdə olan "Marsel" klubu PSJ-dən 13 xal geridədir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































