AVRO-2020-in yarımfinal və final oyunlarının yeri dəyişdiriləcəkmi? – UEFA-dan AÇIQLAMA  

AVRO-2020-in yarımfinal və final oyunlarının yeri dəyişdiriləcəkmi? – UEFA-dan AÇIQLAMA  

Hazırda oxunan: AVRO-2020-in yarımfinal və final oyunlarının yeri dəyişdiriləcəkmi? – UEFA-dan AÇIQLAMA  

25788

AVRO-2020-nin yarımfinal və final matçlarının Londondakı “Uembli” stadionunda təşkili ilə bağlı heç bir problem yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti yayıb. 

Bildirilib ki, iyulun 11-də keçirilməsi nəzərdə tutulan həlledici qarşılaşma Londondan alınmayacaq:  

“UEFA İngiltərə Futbol Assosiasiyası və yerli qurumlarla “Uembli”də keçiriləcək yarımfinal və final oyunları üçün sıx çalışır. Bu görüşlərin məkanının dəyişdirilməsi ilə bağlı heç bir planımız yoxdur”. 

Qeyd edək ki, İtaliyanın baş naziri Mario Draqi və onun almaniyalı həmkarı Angela Merkel dünən təşkil olunan birgə mətbuat konfransında İngiltərədə koronavirusun yeni növünün yayılması səbəbindən final görüşünün həmin ölkədən alınmasının tərəfdarı olduqlarını açıqlayıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO