Belarus klubları Avrokubok oyunlarını Azərbaycanda keçirəcək?

Belarus klubları Avrokubok oyunlarını Azərbaycanda keçirəcək?

Hazırda oxunan: Belarus klubları Avrokubok oyunlarını Azərbaycanda keçirəcək?
253299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Belarus Futbol Federasiyasının (BFF) sədr müavini Andrey Vasilyeviç yeni mövsümdə avrokuboklarda yerli klubların ev oyunlarının Azərbaycanda keçirilməsi imkanlarından danışıb.

Bizim.Media xəbər verir ki, Belarus mətbuatına açıqlama verən federasiya rəsmisi bunları deyib:
 

"Bu dəqiqə klublarımızın avrokuboklarda ev oyunlarını harada keçirəcəyini dəqiq deyə bilmərəm. BFF yerli federasiyalar, UEFA və stadionlarla qarşılıqlı əlaqə yaratmaq üçün əlindən gələni edir.


Arena seçimi klublardan asılıdır. Azərbaycan və Macarıstan olacaq seçimi var. Amma başqa variantlar da ortaya çıxa bilər".

Xatırladaq ki, ötən mövsüm “Dinamo”(Minsk) Konfrans Liqasının əsas mərhələsinin ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirib. Belarus klubu “Harts” (Şotlandiya), “Kopenhagen” (Danimarka) və “Larne”ni (Şimali İrlandiya) Sumqayıtda qəbul edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO