"Real"ın futbolçusu Vinisius Juniyor mümkün yeni müqaviləsindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Braziliyalı vinger deyib:
"Yeni sözləşmə yaxın zamanda yenilənə bilər. 2027-ci ilə qədər müqaviləm var. Tez düşünməyə ehtiyac yoxdur, vaxtım çoxdur. Florentino Peres mənə güvənir, mən isə ona. Bu klubda hər kəsə güvənirəm. Mənə çox kömək olublar. Onlar üçün hər şey etmək üçün buradayam".
Qeyd edək ki, Vinisius Juniyor bu mövsüm "Real"ın heyətində 35 oyuna çıxaraq 17 qol vurub və 12 qolun ötürməsini edib.
Rəşad Rafiqoğlu, Bizim.Media