“Makkabi”nin baş məşqçisi “Sabah”la oyundan danışdı

“Makkabi”nin baş məşqçisi “Sabah”la oyundan danışdı

Hazırda oxunan: “Makkabi”nin baş məşqçisi “Sabah”la oyundan danışdı

203015

İsrailin “Makkabi” klubunun (Hayfa) baş məşqçisi Barak Bahar Toto Kubokunun pley-off mərhələsində “Hapoel” (Beer Şeva) üzərində qazanılan qələbəni (3:0) şərh edərkən, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan danışıb. 

Bizim.Media “ONE” portalına istinadən xəbər verir ki, Macarıstanın Kişvarda şəhərində keçiriləcək ilk matç barədə bunu deyib: 

"Bu, bizim ilk rəsmi oyunumuz idi, buna qədər biz ancaq təlim-məşq toplanışında oynamışdıq. Çərşənbə günü ilk avrokubok missiyamız üçün yola düşürük. Qarşıda bizi güclü komandaya qarşı çətin oyun gözləyir. Məqsədimiz “Sabah”ı keçməkdir. Mən oyundan-oyuna daha yaxşı olacağımızı gözləyirəm.

Əvvəllər təlim-məşq toplanışında İsrail olimpiya komandasına uduzmuşduq (1:5), eyni komanda ilə başqa görüşdə qalib gəldik(2:1). “Hapoel”lə matçda da xoş anlar yaşandı. Çox yaxşı bir hissə oynadıq və vacib qələbə qazandıq".

“Makkabi” – “Sabah” matçı iyulun 25-də “Varkert” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO