
- A-
- A
- A+
İdman
17:16 / 23.05.2024
1 dəq oxunma
“Neftçi” yeni legionerlə ANLAŞDI
Hazırda oxunan: “Neftçi” yeni legionerlə ANLAŞDI
193693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Neftçi” yeni mövsüm üçün ilk transferini reallaşdırıb. Bakı klubu Edvin Kuçla anlaşıb.
Bizim.Media xəbər verir ki, mərkəz yarımmüdafiəçisinin son klubu Kosovo təmsilçisi “Ballkani” olub.
O, burada “Gjilani”, ölkəsində “Mladost”, “Berane”, “Deçiç Tuzi”, “İbar” və “Rudar”, Çexiyada “Usti nad Labem” klublarının formasını geyinib. 2019-cu ilin yanvarından Kosovoda çıxış edən 30 yaşlı futbolçu “Neftçi”yə azad agent kimi gələcək.
O, karyerası boyunca heç vaxt transfer olunmayıb – ya azada agent olub, ya da icarəyə göndərilib. Futbolçunun neçə illik müqavilə bağladığı barədə məlumat yoxdur. Amma məşhur “Transfermarkt” saytı onu indidən “Neftçi” futbolçusu kimi təqdim edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































