İspaniyanı Çempionlar Liqasında bu klublar təmsil edəcək - ADLAR

Hazırda oxunan: İspaniyanı Çempionlar Liqasında bu klublar təmsil edəcək - ADLAR

19163

İspaniyanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək komandalar bəlli olub.

Bizim.Media xəbər verir ki, "Atletiko" (Madrid), "Real Madrid", "Barselona" və "Sevilya" sona 5 tur qalmış qitənin 1 nömrəli klub turnirinə vəsiqəni təmin ediblər.

Dörd klubdan başqa, La Liqanın daha bir təmsilçisi "Vilyarreal" da növbəti mövsüm ÇL-də çıxış edə bilər.

Bunun üçün Unay Emerinin baş məşqçi olduğu kollektiv hazırda çıxış etdiyi Avropa Liqasının qalibi olmalıdır. "Sarı sualtı qayıq" yarımfinalda İngiltərə "Arsenal"ı ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 73 xalla "Atletiko" başçılıq edir. Hərəyə 71 xalı olan "Barselona" və "Real Madrid" ikinci-üçüncü yerləri bölüşdürür. Kataloniya təmsilçisi rəqiblərindən 1 oyun az keçirib. "Sevilya" isə 70 xalla 4-cü sırada qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO